“Global Construction”un il müştərisi hansı məmur olub? - Xeyir-duasını kim verib?
21-05-2015, 15:41
Məlumdur ki, 2015-ci il may ayının 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Qafqaz Xəbər Agentliyi bildirir ki, yanğın nəticəsində 16 nəfər həlak olub, onlarla adam isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. İlkin versiyaya görə, yanğına səbəb binanın keyfiyyətsiz üzlük materialları ilə üzlənməsi olub. Keyfiyyətsiz üzlüklərlə yanan binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Miryusif Mahmudovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
Etibarlı mənbənin Qafqaz Xəbər Agentliyinə verdiyi məlumata görə Miryusif Mahmudov Gəncə şəhərində böyüyüb boya başa çatıb. Onun şirkətinə ilk tikinti-təmir işləri Sərhəd Qoşunları Dövlət Xidmətinin rəisi Elçin Quliyev tərəfindən verilib. Beləki, bir neçə il əvvəl “Global Construction” şirkətinin gördüyü ilk iş sərhəd qoşunları üçün Gəncə-Samux zonasında hərbçilər üçün kazarma tikmək olub. Sonra isə “Global Construction” şirkəti Dövlət Sərhəd Xidmətinin Akademiyasının tikintisini həyata keçirib. Bir sözlə, böyük layihələrə ilk xeyir-dua Elçin Quliyev tərəfindən verilib. Ümumiyyətlə, Elçin Quliyevin “xeyir-dua”larının düşər-düşməzi olur. Məsələn, Elçin Quliyevin “xeyir-duası” ilə Dövlət Miqrasiya Xidmətinin rəisi olan Firudin Nəbiyevin də neqativ fəaliyyəti barədə ölkə mətbuatı silsilə yazılar dərc edir. Yaxın günlərdə “Global Construction” şirkəti ilə bağlı maraqlı yazılar dərc edəcəyik.