Daha bir mərkəzi icra qurumu rəqəmsal transformasiya sənədini qəbul edib

23-12-2023, 09:04           
Daha bir mərkəzi icra qurumu rəqəmsal transformasiya sənədini qəbul edib
Mədəniyyət Nazirliyi özünün “e-Culture” Rəqəmsal İnkişaf Strategiyasını (2024-2026-cı illər) təsdiq edib.
Faydalı addımdır.
Bundan öncə də Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Vergi Xidməti və s. digər mərkəzi qurumlar belə bir konseptual sənədin qəbul edildiyini, bunun icrası ilə bağlı xüsusi strukturların yaradıldığlnı açıqlayıblar.
Bəzilərinin müzakirəsində özüm də iştirak etmişəm.
Amma burada düşündürücü məqamlar da var.
Burada diqqət çəkən məqam odur ki, ölkə üzrə bu tip vacib sənəd, Rəqəmsal transfromasiya konsepsiyası indiyədədk də təsdiqlənməyib.
Yəni, ayrı-ayrı mərkəzi qurumlarda belə sənədlər var, hazırlanır və təsdiqlənir, amma ölkə üzrə yoxdur.
Fikrimcə, düşünüdürücü və narahatlıq doğuran məqamdır.
Sahə üzrə səlahiyyətli qurum, RİNN rəsmiləri bir neçə dəfə bu sənədin layihəsinin hazır olduğu və razılaşdırmalarla bağlı hökumətə təqdim edilyini bildiriblər . Bildiyim qədər RİNN bu layihəni Dünya Bankının da köməyi ilə hazırlayırdı.
Lakin sənəd indiyədək təsdiqlənməyib.
Artıq bu tip açıqlamalar da gözə dəymir. Görünür ki, RİNN-in hazırlayıb hökumətə təqdim etdiyi layihə bəzi maraqlı tərəfləri razı salmayıb.
Və belə görünür ki, hamı, hətta RİNN də bununla razılaşıb.
Fikrimcə bu, doğru bir yanşma deyil.
Daha yaxşısı o ola bilərdi ki, RİNN bu sənədin müzakirəsini və lobbiçiliyini təşkil edəydi. İctimai müzakirəyə çıxaraydı.
Düşünürəm ki, hazırda rəqəmsal hökumət quruculuğu sahəsində mövcud olan bir çox problemlərin, hədsiz ləngimələrin, ayrı-ayrı dövlət qurumlarında rəqəmsal xidmətlərə əlçatanlıq olmasına baxmayaraq mərkəzləşmiş bir platformanın olmamasının kökündə məhz bu tip konseptual yanaşmaların olmamasıdır.
Maraqlıdır ki, belə bir konsepsiyanın hazırlanması ilə bağlı Prezidentin sərəncamı da var.
Prezidentin bununla bağlı göstərişinin indiyədək nə üçün icra edilməməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Osman Gunduz
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.