Hindistanda faciə baş verib

28-09-2024, 11:07           
Hindistanda faciə baş verib
Hindistanın Bihar ştatında “Jivitputrika” festivalı zamanı azı 43 nəfər, o cümlədən 37 uşaq boğulub, daha üç nəfər itkin
Bu barədə Biharın Fövqəladə Hallarla Mübarizə Departamentinin nümayəndələri jurnalistlərə məlumat
Bildirilir ki, insanlar festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və göllərdə müqəddəs yuyunma mərasimləri zamanı həlak olublar.

“Hazırda ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatı davam edir”, – deyə departamentdən bildirilib.

Faciəli hadisələr ştatın 15 rayonunda qeydə alınıb.

“Jivitputrika” – Biharda ən böyük festivallardan biridir. Bu zaman hindistanlı qadınlar övladlarının rifahı naminə oruc tutur və su hövzələrində müqəddəs yuyunma mərasimləri həyata keçirirlər. Bir qayda olaraq, qadınlar dini mərasimə öz uşaqlarını da aparırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.