“Hizbullah”ın lideri Həsən Nəsrullah sağdır –"Tasnim"

28-09-2024, 11:53           
“Hizbullah”ın lideri Həsən Nəsrullah sağdır –"Tasnim"
“Hizbullah”ın lideri Həsən Nəsrullah sağdır.
Bu barədə İranın “Tasnim” Agentliyi məlumat yayıb.

Məlumata görə, Seyid Həsən Nəsrullah və Seyid Haşim Safi əd-Din təhlükəsiz yerdədirlər.

Livandakı məlumatlı mənbələr bildirib ki, İsrailin hava hücumları nəticəsində Hizbullahın heç bir yüksək rütbəli lideri həlak olmayıb.

Xatırladaq ki, İsrail ordusu Beyrutun cənubunda Hizbullah qruplaşmasının mərkəzi qərargahına hücum edib.

İsrailin hücumu nəticəsində Livan mənbələri iddia edir ki, 100-dən çox adam həlak olub, dağıntıların çıxarılması davam edir.

Sosial şəbəkələrdə ölənlər arasında Hizbullah lideri Həsən Nəsrullahın da olduğu barədə təsdiqlənməmiş məlumatlar yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru