Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal ictimailəşdirmək doğru və faydalı olardı
28-09-2024, 12:04
Bəzən sosial mediada hansısa qurumda "rəqəmsal şəxsiyyət vəsiqəsini" tanımaqdan imtina ilə bağlı məlumatlara rast gəlirik . Düşünürəm ki, bunun üzərindən sakitcə keçmək doğru olmazdı. Artıq kağız formada olan şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi qüvvəyə malik "rəqəmsal şəxsiyyət vəsiqəsi" mövcuddur. Bunun həm hüquqi , həm də texniki-texnoloji tərəfləri öz həllini tapıb. Kağız formada şəxsiyyət vəsiqəsi əvəzinə vətəndaşın mygov-a daxil olaraq öz şəxsi məlumatlarını istənilən dövlət və ya özəl qurumlarda, notariuslarda və banklarda, müxtəlif xidmət mərkəzlərində təqdim etməsi yetərlidir. Bu məlumatlar sadəcə "məlumat" deyil, artıq "rəqəmsal sənəd" statusuna malikdir. Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal ictimailəşdirmək doğru və faydalı olardı. Osman Gunduz TEREF