Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ
28-09-2024, 12:36
"Şikayətim "Aztelekom" şirkətindəndir. Məlumat üçün bildirirəm ki, Aztelekom şirkətinin internet tariflərindəki sonuncu qiymət dəyişikliyindən (artımından) sonra abonentlərə verilən internet sürəti vəd olunandan çox aşağıdır. Yəni müqaviləyə əsasən minimum 25 manatlıq tarifdə sürətin 100 mbit/san olacağı (1 mbit/san=0.25 azn) bildirilsədə testlərdə ən yaxşı halda ortalama 40-50 mbit/san sürət müşahidə edilir. Müxtəlif cihaz və fərqli tətbiqlərdə aprılan testlər, ruterin söndürülüb yandırılması, texniki şöbədən aparılan yenilənmə nəticələri dəyişmir. 170 nömrəsinə edilən müraciətlərə qısa, konkret və şablon cavabları bu formada olur:
Sizin hazırda istifadə etdiyiniz ruter 5g (5 ghz) dəstəkləmədiyi üçün sürət aşağıdır. Bu problemin yaşayan abonentlərə tövsiyyə edirik yeni 5g dəstəkləyən ruter alsınlar..." Dia-az.Media xəbər verir ki, bunu Seyran Səlimov adlı sosial şəbəkə istifadəçisi "Müştərinin Səsi" qrupundakı paylaşımında ifadə edib.
Narazı vətəndaş daha sonra yazır: "Qısaca deyirlər, biz qiyməti qaldırmışıq və sizdən həmin məbləği alırıq ama bizim verdiyimiz modem yeni tarif üçün yaramır deyə sizdə zəhmət çəkib cibinizdən modem almalısız bəlkə düzəldi. Məsələ burasındadır Aztelekom şirkəti tarif dəyişikliyi edəndə heç bir abonentdən razılıq almadan qiymətləri qaldırıb hər bir istifadəçini tarifə uyğun internet sürətilə təmin edəcəyini vəd etmişdi. Əsas məsələyə qayıdanda isə belə suallar yaranır ki əgər sizin verdiyiniz köhnə avadanlıq yeni sürəti dəstəkləmirsə niyə dəyişdirmirsiniz? Vəya maksimun 40 mbit/san internet sürətilə təmin etdiyiniz abonentlərdən niyə 2.5 dəfə çox, yəni 10 manatlıq internet sürəti üçün 25 manat tələb edirsiniz? Nəyə görə sizin yarıtmaz işinizin cəriməsini vətəndaş öz cibindən ödəməlidir? Ən azından abonentlərə tarif dəyişikliyini böyük təmtəraqla təqdim edəndə əvvəlcədən əlavə ödənişli bir ruterdə SIRIMAQ niyyətinizin olduğunu deyə bilərdiniz. Yəqinki qeyd etdiyim problemlə üzləşən minlərlə bəlkədə on minlərlə istifadəçi var və çox güman bir çoxu problemnən məlumatsız olduğu üçün məsələyə münasibətini bildirməyib. Xülasə əvvəlcədən 30-40 mbit/san sürətini istifadə edən əksər istifadəçilər üçün sürətin dəyişmədiyinin hiss edilməyəcəyini bilən Aztelekom vəziyyətdən maksimum sui-istifadə edərək vətəndaşları aldadır. Mən artıq Aztelekomnan imtina edib alternativ provayderə yönəlmək barədə fikrimi qətiləşdirmişəm. Hazırki abonentlər və qoşulmaq istəyənlərədə tövsiyyəm budur ki, zəruri sürət testlərini aparıb ona görə qərar versinlər. Yəni öz zəhmətinə, qazancına heyfi gələn insanlarada məsləhət görərdim başqa provayderlərə yönəlsinlər əks təqdirdə 10 manatlıq xidmət üçün 25 manat ödəməli olacaqsız. Əvvəlcədən xahiş edirəm kimsə yazımda fakt sübut olmadan Aztelekoma trolluq eləməsin. İstisna hallarda düzgün sürətlə təmin etdikləri abonentlərin olduğunu məndə bilirəm ama qeyd olunanlar bir çox abonentçin keçərlidi və artıq bu barədə Aztelekomun rəsmi facebook, instagram səyfələrinə yüzlərlə mənfi rəy yazılıb. Şübhəsi olan hər kəs zəhmət çəkib araşdıra bilər..."