Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb

28-09-2024, 11:34           
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun qol vurduğu matçda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının V turunda qələbə qazanıb.

Gununsesi.info xəbər verir ki, doğma meydanda “Əl-Vəhda” kollektivini qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirməklə matçda yekun hesabı müəyyənləşdirib.

Qeyd alınan nəticənin ardından “Əl-Nəsr” məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdıraraq, 11 xalla 2-ci yerdə qərarlaşıb. “Əl-Vəhda” kollektivi isə 4 xalla və 11-ci pillədə yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru