TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib

28-09-2024, 10:58           
TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiyaya səfərinin son dərəcə mənalı olduğunu deyib və onun səmərəli olacağına ümid etdiyini bildirib.
O, bu barədə Rusiyadan qayıdarkən jurnalistlərə bildirib.

“Rusiyadakı görüşlərimiz gözlədiyimizdən də məhsuldar oldu. Hazırkı beynəlxalq şəraitdə Türkiyə ilə Rusiya arasında mövcud olan bütün məsələləri, o cümlədən regional və qlobal mövzuları ətraflı müzakirə etmək çox faydalı idi. Ümid edirəm ki, nəticələr yaxşı olacaq. Gələcəkdə bu mövzuların işlənməsini izləyəcəyik və qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacağıq” - deyə, Numan Kurtulmuş bildirib.

Ukraynadakı münaqişə məsələsinə də toxunan Kurtulmuş 2022-ci ildə İstanbulda irəliləyiş əldə olunduğunu, lakin Kiyevin danışıqlardan kənarlaşdırıldığını qeyd edib: “Bütün həmsöhbətlərimiz bilir ki, Türkiyə Rusiya-Ukrayna böhranının həlli üçün böyük səylər göstərib. Bəzi irəliləyişlər əldə olunub. Rusiyanın Prezidenti Vladimir Putinlə görüşümüz zamanı mən 2022-ci ilin mart ayında Dolmabağçadakı razılaşmalar barədə danışdıq. Amma təəssüf ki, o zaman Ukrayna həmin müzakirədən kənarlaşdırıldı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru