SÜNİ İNTELLEKTİN SUPER İNTELLEKTLİSİ

Bu gün, 12:14           
SÜNİ İNTELLEKTİN SUPER İNTELLEKTLİSİ
Süni İntellektin superi…
Son zamanlar Super Süni İntellekt (ing. Superintelligence) sözü daha tez-tez çıxır.
İlkinə alışmadan yenisi peyda oldu.
Oksfordlu məşhur filosof Nik Bostrom Super Süni İntellektə (SSİ) belə tərif verir:
“İnsanın koqnitiv qabiliyyətini demək olar ki, bütün sahələrdə əhəmiyyətli dərəcədə üstələyən intellektdir”.
SSİ konsepsiyası real dünyada hələ tətbiq olunmayıb, ancaq onun Bəşəriyyət üçün nələr verə biiləcəyi ehtimalı indidən böyük rezonansa səbəb olub.
OpenAI-nin rəhbəri Sem Altman yaxın bir neçə ildə SSİ-nin meydana çıxacaq deməklə yeni ajiotaj yaradıb. Altmana görə SSİ artlq düşünmək, öyrənmək, mürəkkəb problemləri həll etmək, yeni texnologiyalar yaratmaq kimi aspektlərdə insan qabiliyyətinin üzərinə çıxacaq.
Altman SSİ-nin əsas xüsusiyyətlərini belə müəyyən edir:
– SSİ hazırda elmdə, tibbdə həlli mümkün olmayan problemlərin həllini tapacaq. Məsələn, Qlobal İstiləşmə probleminin qarşısını alacaq, sağalmaz xəstəlikləri müalicə edəcək və s.;
– SSİ özünün və digər sistemlərin yeni versiyalarını inkişaf etdirə biləcək ki, bu da texnoloji tərəqqinin sürətlənməsinə səbəb olacaq;
– SSİ bütün fəaliyyət sahələrində insandan daha sürətli qərarlar qəbul edəcək;
– SSİ hər bir insanın həyatına təsir edəcək.
ChatGPT-nin qurucusu Sem Altman bütün bunların növbəti bir neçə ildə baş verəcəyini təxmin edir. Ancaq təqvimlə bağlı fikirlər müxtəlifdir:
1. İlon Mask misilsiz imkanlara malik yeni Süni İntellektin yaxın 5-6 il ərzində yaradıla biləcəyini deyir;
2. Microsoft prezidenti Bred Smit SSİ-nin gələn il ərzində meydana çıxmayacağını iddia edir;
3. Kompüter alimi və “SingularityNET”in baş direktoru Ben Goertzel insan beyni səviyyəsində biör Süni İntellektin üç-səkkiz ildə ortaya çıxacağını təxmin edir.
Ancaq görəndə ki, Süni İntellekt artıq özü Süni İntellektlər yaradır, heç bir təxminə inanmaq istəmir insan…
Gələcək Çox Tez Gələcək,
Gələcək Elmlə Gələcək.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.