AR ƏM tələblərini pozan İşəgötürənlər üçün aşağıda göstərilən İnzibati cərimələr nəzərdə tutulur

28-09-2024, 12:08           
AR ƏM tələblərini pozan İşəgötürənlər üçün aşağıda göstərilən İnzibati cərimələr nəzərdə tutulur
Rəislərin diqqətinə
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozan İşəgötürənlər üçün aşağıda göstərilən İnzibati cərimələr nəzərdə tutulur:
1. AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin-xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə.
2.İşəgötürən tərəfindən işçilərin, iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə - yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə.
3. İşçiyə - icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə.
4. İşçinin:əmək, məzuniyyət haqqı, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərinin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində nöqsanlar istisna olmaqla,qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə.
5. İşçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə.
6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə.
7.İşəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə.
8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə yol verilməsinə görə vəzifəli şəxslər- min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə.
9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.
Azər Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.