Paşinyan və kilsə arasında Qarabağ toqquşması - GƏLİŞMƏ

2-01-2024, 18:09           
Paşinyan və kilsə arasında Qarabağ toqquşması - GƏLİŞMƏ
Bütün ermənilərin katolikosu II Qareginin Yeni il bayramı münasibəti ilə Ermənistan xalqına müraciəti ölkədə siyasi qalmaqala səbəb olub.

Belə ki, katalikosun Ermənistanın İctimai Televiziyası ilə ənənəvi vaxtında çıxışına icazə verilməyib. Adətən II Qareginin çıxışı gecə yarısına bir neçə dəqiqə qalmış və dövlət başçısının çıxışından əvvəl İctimai Televiziyada yayımlanırdı.

Lakin bu dəfə ənənə pozulub. İctimai Televiziya son anda heç bir izahat vermədən Patriarxın Yeni il müraciətinin ənənəvi olaraq gecə yarısından əvvəl yayımlanmayacağını bildirib. Bunun əvəzində “Xəbərlər”in axşam buraxılışında bütün ermənilərin katolikosunun müraciətinin səsləndirilməsi təklif olunub. Lakin Eçmiədzin bunu məqsədəuyğun saymayıb və təklifdən imtina edib.

Bütün ermənilərin katolikosunun çıxışı gecə yarısına yarım saat qalmış Ermənistan telekanalında və sosial şəbəkələrdə yayımlanıb. Bu sifarişin hökumətdən gəldiyi bildirilir. Ona görə də katalikosun çıxışına qoyulan qadağa Baş nazir Nikol Paşinyanla II Qaregin arasında gərgin olan münasibətlərin yenidən pisləşməsi kimi şərh edilir.

Digər ehtimala görə, II Qareginin çıxışının vaxtının dəyişdirilməsi onun müraciətində ermənilərin Qarabağdan köçməsinə yer ayırması ilə bağlıdır. Katalikos erməniləri kütləvi Qarabağa dönməyə və separatizmi dirçəltməyə çağırış edib. “Gəlin Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımızı qayğıkeş məhəbbətlə əhatə edək, onların ümidlərini artıraq ki, doğma Qarabağa qayıtmaq arzusu heç vaxt sönməsin”,- II Qaregin belə deyib.

Yəni erməni dini liderin şovinist çağırışı gecə yarısı, insanlar yatdıqdan sonra efirə buraxılıb. Bu hadisə Qarabağdakı keçmiş qondarma rejimin buraxılmasına dair fərmanın ləğvinə çalışan separatçıların Ermənistan Milli Təhlükəsilik Xidmətinə çağırılmasından bir gün sonraya təsadüf edib.

Görünür, Paşinyan hakimiyyəti separatçı qurumun fəaliyyətinə siyasi, ideoloji və maliyyə dəstəyinə xitam vermək qərarına gəlib. Bu addımın atılmasında çox güman ki, Ermənistan Baş nazirinin dekabrın 28-də Sankt-Peterburda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü də mühüm rol oynayıb. Separatçı rejimin fəaliyyətini davam etdirməsi Ermənistanı təkrar münaqişəyə cəlb edə bilər.

İkincisi, Paşinyanın hakimiyyətdən getməsinə çalışan qüvvələrin separatçılardan istifadə etməklə alternativ güc mərkəzi formalaşdırmaq planları var.

Üçüncüsü, sülh prosesinin pozulması danışıqlarda vasitəçilik edən Vaşinqtonun və Brüsselin Paşinyana qarşı təzyilərinə səbəb ola bilər. Bu isə Ermənistanın Qərbyönümlü xarici siyasət kursuna zərbə vurur. Bütün bunları nəzərə alan Paşinyan çox güman ki, II Qaregini neytrallaşdırmaq qərarına gəlib.

Ümumiyyətlə, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra kilsənin dövlət siyasətinə təsirinin qarşısını almağa çalışır. Hətta bununla bağlı katalikosa bir neçə dəfə fiziki təzyiq göstərilib. II Qareginin hökumətin siyasətinə müdaxiləsinin qarşısını almaq üçün paşinyanın əlində kifayət qədər ciddi hüquqi arqument də var.

Ermənistan konstitusiyasının 8.1-ci maddəsinə görə, kilsə dövlətdən ayrıdır. Ona görə də katalikosun Baş nazirə qarşı revanş etmək cəhdi daha ciddi qarşıdurmaya gətirib çıxara bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.