Əmək münasibətlərində olan hər bir işçinin, Əmək Məcəlləsinə, əmək qanunvericiliyinə əsasən ödənişli əlavə məzuniyyət almaq hüququ var

18-01-2024, 09:44           
Əmək münasibətlərində olan hər bir işçinin, Əmək Məcəlləsinə, əmək qanunvericiliyinə əsasən ödənişli əlavə məzuniyyət almaq hüququ var
İdarə,müəssisə və təşkilatlarda çalışan, əmək münasibətlərində olan hər bir işçinin, Əmək Məcəlləsinə, əmək qanunvericiliyinə əsasən ödənişli əlavə məzuniyyət almaq hüququ var. Bir çox hallarda işçilərə yalnız 6 təqvim günü əlavə ödənişli məzuniyyət verilməklə kifayətlənilir, halbuki əmək qanunvericiliyinə əsasən işçilərin, iş yerlərinə, sahə, peşə vəya vəzifələrinə görə:6, 12,18 və 24 təqvim günü ödənişli əlavə məzuniyyət almaq hüquqları da vardır. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: yeraltı işlərdə çalışan, əmək şəraiti ağır və zərərli,habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə-əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə ödənişli əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə ödənişli əlavə məzuniyyətin müddəti - 6 təqvim günündən az olmamalıdır.
Azərbaycan Respublikası NazirlərKabinetinin
2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə
təsdiq edilmiş: əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına əsasən isə işçilərə işlədikləri sahə, peşə və vəzifəsindən asılı olaraq 6,12,18 və 24təqvim günü ödənişli əlavə məzuniyyət hüququ nəzərdə tutulur. Məsələn:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və AR-sı Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş: əmək şəraitinə, əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına əaasən:
Neft üzrə sahələrdə çalışan işçilərə ən azı 6 təqvim günündən az olmamaqla ödənişli əlavə məzuniyyət hüququ nəzərdə tutulur.
Dağ-mədən işləri sahəsində çalışan işçilırə: 6, 12, 18 və 24 təqvim günü ödənişli əlavə məzuniyyət hüququ nəzərdə tutulur.
Səhiyyə sisteminin müxtəlif sahələrində çalışan işçilərə: 6, 12, 18 və 24 təqvim günü əlavə məzuniyyət hüququ nəzərdə tutulur.
Dəniz səviyyəsi hündürlüyündən yüksəkdə işləri yerinə yetirən: fəhlələr, rəhbərlər, mütəxəssislər və digər qulluqçular üçün də müxtəlif sahəlırdə: 6, 12, 18 və 24 təqvim günü ödənişli əlavə məzuniyyət hüququ nəzərdə tutulur.
Azər Quliyev.
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.