Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq?

18-01-2024, 08:58           
Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq?
Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risqlidir, çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər.
Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq?
Qarabağ ermənilərinə 6 ay da vaxt verək, gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək.
Ermənilərin Qarabağa qayıtmaq fikirləri yoxdur, bunu Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir. O 17 yanvarda parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ erməniləri üçün evlərin tikintisi proqramı qəbul olunacaq.
Məsələ bitib.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru