AZAL-da bahalaşma dövrü başladı? - Ofislər, dayanacaqlar, anbarlar...

19-01-2024, 17:58           
AZAL-da bahalaşma dövrü başladı? - Ofislər, dayanacaqlar, anbarlar...
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

Yerli mətbuatda yayılan məlumata görə, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, karqo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Maraqlıdır, AZAl-ın yeni rəhbəri aeroportda parklanma qiymətlərini artırıb?

“Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova “Cebhe.info”-ya bildirib ki, gün ərzində hava limanına daxil olan və ərazini tərk edən nəqliyyat vasitələrinin sayı orta hesabla 12-14 min təşkil edir:

“Parkinq istifadəçilərinin 90 faizdən çoxu nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Onlar üçün tariflər dəyişməz olaraq 1 AZN təşkil edir. Bununla yanaşı hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.

Məhz şəhərin bir çox əraziləri ilə müqayisədə hava limanında qiymətlər aşağıdır. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, hava limanlarında yerlər məhdudur və bu səbəbdən də dayanacaqlara tələbat yüksəkdir. Özəliklə hava limanlarında parklanma tarifləri həmişə şəhərə nisbətdə yüksək olur.

Bununla belə, Heydər Əliyev Beynəlxalq Hava Limanınında parklanma tarifləri digər ölkələrin beynəlxalq aeroportları, o cümlədən paytaxtın digər ərazilərində yerləşən parklanma zonaları ilə müqayisədə yenə də aşağıdır və ya eynidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.