Akademik Azad Mirzəcanızadənin anım günüdür

Bu gün, 00:03           
Akademik Azad Mirzəcanızadənin anım günüdür
Akademik Azad Mirzəcanzadə alimləri belə təsnifatlandırırdı:
-ideya generatorları;
-ideya moderatorları (yeni elmi informasiyaların tənqidçiləri),
-ideya animatorları (ilham alanlar)
-yeni ideyaları işləyənlər;
-elm təşkilatçıları;
-Pedaqoq lektorlar.
Azad Mirzəcanzadə öz ixtisası üzrə böyük alim olmaqla yanaşı, həm də Azərbaycanda elmin populyarlaşdırılmasının əsasını qoyub. Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə elmə təsadüfən gəlmiş adamlara qarşı çıxdı. Təkbaşına müqavimət göstərdi. Ona qarşı cəbhə yaratdılar, lakin ona bata bilmədilər. Silahı elm idi. Ondan sonra alim olanların sayı həndəsi silsilə ilə artdı. Azad müəllim imkanı daxilində xeyli alim yetişdirdi. Faydalı kitablar yazdı. Onunla diskussiya aparmaq hər adamın işi deyildi. Onun qədər kitaba sevgisi olan bir neçə alimin adını çəkmək mümkündür. Bütün elm sahələrini sevirdi. Böyük fizik Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri var: "Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur." Azad Müəllimin kitablarını oxuyanda onun idrakına, düşüncə tərzinə, məntiqinə heyran olursan. Ali məktəblərdə onun kitabları barədə tələbələrə məlumatlar verilməlidir. Gənclər böyük alimimizi tanımalıdırlar. Azad müəllim şəxsi kitabxana nümunəsi yaratmışdı. Dahi Borxesin “Kitabxana sonsuz olmalıdır” fikri sanki Azad müəllimin kitabxanası üçün deyilmişdi. Ondan oxumağı öyrənə bilmədik. Əsərlərində onun mütaliə dairəsinin sərhədləri görsənir. Azad müəllim Azərbaycanda sinergetik düşüncəyə malik olan nadir alimlərimizdən biridir. Bu səbəbdən sevdiyi böyük alimlərdən biri sinergetikanın banilərindən sayılan Kimya üzrə Nobel mükafatı laureatı İlya Priqojin idi. Dərin poeziyanı ixtisası qədər sevirdi.
Kibernetikanın banisi dahi Norbert Vinerdən soruşurlar ki, əsl professor kimdir? Cavabı maraqlı olur: "Əsl professor 45 dəqiqə bütün elmlərdən maraqlı danışandır.” Azad müəllim saatlarla maraqlı danışardı. İzah etmək isə onun əsas peşəsi idi. Metodu isə sadə idi: “Deyə bildimmi!?”
Zəruri qeyd: məqaləmin adını təsadüfən seçmədim. Akedemik anlayışının tutumu Azad müəllimdə təcəssüm olunur…
Allah rəhmət eləsin...
Etibar Əliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru