Tailandlı qadın buddist rahibləri şantaj etdi, aldığı pulları kazinoda uduzdu

Dünən, 17:38           
Tailandlı qadın buddist rahibləri şantaj etdi, aldığı pulları kazinoda uduzdu
Tailandlı qadın buddist rahibləri intim videolarla şantaj edərək 12 milyon dollar qazanıb. Lakin bütün pullarını onlayn kazinoda itirib.

"Associated Press" xəbər verir ki, 35 yaşlı Vilavan Emsavat ən azı doqquz buddist rahibini yoldan çıxarıb. O, romantik münasibətləri üzə çıxarmamaq üçün rahibləri şantaj edərək külli miqdarda pul tələb edib.

Məsələ burasındadır ki, Tailand rahibləri əsasən Teravada təriqətinə mənsubdurlar ki, bu da onlardan subay qalmağı və hətta qadına toxunmaqdan çəkinməyi tələb edir.

Tailand polisi Vilavanı evində saxlayıb. Qadın şantaj yolu ilə pul tələb etməkdə və çirkli pulların yuyulmasında ittiham olunub. Polis qadının hesabına ümumilikdə 11.9 milyon dolların köçürüldüyünü, lakin bu məbləğin böyük hissəsinin onlayn kazinoda itirildiyini bildirib.

Vilavan özü yalnız bir rahiblə romantik münasibətdə olduğunu etiraf edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru