Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb

Dünən, 17:34           
Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yenidən bloklayıb
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiyalar paketini bu dəfə də razılaşdıra bilməyib.
İqtisadiyyat.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sanksiyaların qəbulunu yenidən Slovakiya əngəlləyib.

Eyni zamanda, Belçikanın “RTBF” telekanalı məlumat yayıb ki, 18-ci sanksiyalar paketini bloklayan ölkələrdən biri də Maltadır. Rəsmi Valetta hesab edir ki, nəzərdə tutulan sanksiyalar, əsas fəaliyyət sahələrindən biri dəniz nəqliyyatı olan Maltanın iqtisadi maraqlarına zərər vura bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru