Türklərin qılıncla yazdıqları tarixi çinlilər, ərəblər, farslar, daha sonra isə ruslar qələmə aldıqlarından bəzi həqiqətləri ört-basdır ediblər - VİDEO
Bu gün, 00:01

TRT-nin hazırladığı bu belgəsəl Talas savaşının türklərin yenidən böyüməsində necə mühüm rol oynadığını olduqca gözəl şəkildə ortaya qoyur.
Belgəsəldə irəli sürülən faktlar iki böyük düşmən – Çin və xilafət arasında qalan türklərin necə böyük strateji ağılla hər iki düşməni zərərsizləşdirə bildiklərini göstərir. Filmdən də anlaşılır ki, Karluk türklərinin Çin səflərində yer alması onlara sədaqətdən doğmamış, əksinə, onlar son ana qədər fürsət gözləmiş və nəticədə son zərbəni vuraraq böyük avantajlar əldə etmişlər.
Talas zəfəri ilk baxışda ərəb xilafətinin qələbəsi kimi görünür. Əslində isə Türklərin qələbəsi idi. Türklər incə taktiki və strateji gedişlərlə faktiki olaraq Çinlilərin Orta Asiyaya iddialarına birdəfəlik son qoymuş, xilafət ordusunda çox mühüm mövqelərə yüksəlmişlər. Sonradan bu mövqe xilafət ordusunu tamamilə ələ keçirməklə sonuclanmışdır.
Qədim tarix kitablarında bu strateji ağlın açıq şəkildə etiraf edilməməsinin bir səbəbi vardı; Atillanın təbiri ilə desək, türk cəngəvərləri tarixləri qələmə almaqla məşğul deyildilər. Onlar hərb sahələrində tarix yazırdılar. Türklərin qılıncla yazdıqları tarixi çinlilər, ərəblər, farslar, daha sonra isə ruslar qələmə aldıqlarından bəzi həqiqətləri ört-basdır ediblər və biz indi tarixi bilgiləri bu qaynaqlardan öyrəndiyimizdən çox şeyi anlamaqda çətinlik çəkirik.
Hesab edirəm ki, AMEA-nın Tarix institutu rus və farslardan qalma tarix şüurumuzu dəyişdirəcək yanaşmalar ortaya qoymalı və tariximiz milli nəzəriyyələrlə gənclərimizə öyrədilməlidir. Tarixi şüuru olmayan və ya imperalistlər tərəfindən yazılan xalqların gələcəyi də olmaz.
Heydər Oğuz
TEREF