Əsl ermənilik: pul vətəndaşlıqdan üstün tutuldu

10-02-2024, 13:16           
Əsl ermənilik: pul vətəndaşlıqdan üstün tutuldu
Azərbaycanı könüllü tərk edərək, Ermənistanayollanmış qarabağlı ermənilər Ermənistanın Silahlı Qüvvələrindəhərbi xidmətə cəlb olunmayacaqlar.

Ermənistarnda müvəqqəti status alan və yerli hakimiyyətstrukturları tərəfindən məcburi köçkün kimi tanınan bu ermənilərDaxili İşlər Nazirliyində də çalışa bilməzlər.

Baş nazir Nikol Paşinyan administrasiyasının mənsublarınındediklərinə görə, qarabağlı ermənilərin hüquq və öhdəlikləriErmənistan vətəndaşlarının hüquqlarından və öhdəliklərindənfərqlənir. Fərq "Qaçqınlar və sığınacaq haqqında" qanunlatənzimlənir.

Ermənistan DİN-nin yaydığı rəsmi açıqlamada bildirilir ki,qarabağlı ermənilərin torpaq sahələrinə və aşınmaz əmlakamülkiyyət, səs vermək və seçilmək, partiyadar yaratmaq və yapartiyalara üzv olmaq, ictimai strukturlarda vəzifə tutmaq və b.hüquqları olmayacaq.

Səbəb onların Ermənistan vətəndaşı olmamalarıdır.

"Əgər onlar Ermənistan vətəndaşlığı alsalar, onda həmin şəxslərhökumətin sosial dəstək proqramlarından yararlanmağa davamedəcəklər", - Ermənistan DİN-nin yaydığı açıqlamada deyilir.

Ermənistanın rəsmi strukturlarının bəyanatlarına görə, ötən ilin19-20 sentyabr günlərində Azərbaycan ordusunun həyata keçirdiyilokal antiterror tədbirləri nəticəsində Ermənistana üz tutmuşqarabağlı ermənilərin sayı 102 min nəfərdir.

Ötən ilin oktyabrın 26-da Ermənistan hökuməti həmin şəxslərəmüvəqqəti müdafiə statusu verib ki, bu əvvəl qaçqın statusuna,sonra da məcburi köçkün statusuna bərabər tutuldu.

Əslində, Ermənistanın hakimiyyət dairələri reallıqdan çox uzaqmövqe tuturlar.

Azərbaycanı tərk edərək, Ermənistana yollanmış qarabağlıermənilərin sayı heç bir halda 100 və ya 102 min nəfər deyil.Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığındakı yaşayışməntəqələrindəki yerli ərazi-idarəetmə və s. rəsmi strukturlarınhəmin günlərdə apardıqları statistik hesablamalra görə,Azərbaycandan Ermənistana Laçın yolu ilə 43529 erməni daxilolub.

Həmin ermənilərə qaçqın və ya məcburi köçkün statusununverilməsi də rəsmi İrəvanın sırf siyasi, Nikol Paşinyan hökumətinin"qarabağlı erməni məcburi köçkünlər" ifadəsindən istifadə edərəkQərbdən humanitar yardım qismində böyük məbləğlərdə maliyyə vəsaitialmaq istəyi ilə bağlıdır.

Reallıq budur ki, qarabağlı ermənilər ya qaçqın, ya da məcburiköçkün statuslarını təsdiqləməlidirlər ki, bu da yenə beynəlxalqhüquq baxımından mümkün deyil.

Çünki Qarabağ münaqişəsi başlanandan az sonra kütləvi olaraqErmənistan pasportları almış qarabağlı ermənilər de-yure Ermənistanvətəndaşları, de-fakto isə Azərbaycan sakinləri idilər.

30 il davam etmiş işğal illərində Azərbaycanın mərkəzihakimiyyətinə tabe olmayan və separatçı xunta tərəfindən idarəolunun bu ermənilər maaşları, təqaüdləri, ödənişləri Ermənistandanalırdılar. Xuntanın fəaliyyəti Ermənistanın dövlət büdcəsindənmaliyyələşdirilirdi.

Xatırladaq ki, BMT sənədlərində "qaçqın" statusu beləmüəyyənləşdirilir: "Tamamilə əsaslı səbəblərə görə irqi, dini,vətəndaşlıq, müəyyən sosial qrupa mənsubluq və ya siyasi baxışlaragörə təqib qurbanı olmaq təhlükəsi ilə üzləşmiş, vətəndaşlıqmənsubiyyəti olduğu ölkədən kənarda olan və ya sadalanan səbəblərəgörə ölkəsinin müdafiəsindən istifadə etmək istəməyən istənilənşəxs qaçqın hesab olunur".

"Qaçqın" ifadəsi ilk dəfə beynəlxalq hüquqda 1951-ci ildə qəbuledilmiş "Qaçqınların statusu haqqında" konvensiyada, daha sonra isəBMT sənədlərində təsbitlənib.

Məhz bu səbəbdən indi Azərbaycandan Ermənistana getmiş vəgetməyə davam edən qarabağlı ermənilər nə qaçqın, nə də məcburiköçkün sayıla bilməzlər.

Onlar Ermənistan pasportlarına malik olduqları üçün beynəlxalqhüquq baxımından Ermənistan vətəndaşları sayılırlar və bu şəxslərinErmənistana üz tutmaları, sadəcə, dövlətin mühafizəsi iləşimayəsində yerdəyişmə etmələri sayılır.

"Qaçqın" sayıla bilmədikləri üçün qarabağlı ermənilərin yeganəçıxış yolları beynəlxalq hüquqa uyğun olaraq "məcburi köçkün"sayılmalarıdır. Amma onlar Azərbaycanı tərk edərək, Ermənistanayollandıqları üçün məcburi köçkün də sayıla bilməzlər, çünki başqaölkənin (Azərbaycan) ərazisindən gediblər.

Yəni öz ölkəsində sadaladığımız səbəblərdən təqiblərə məruzqalan, başqa heç bir ölkənin vətəndaşlığına və ya yaşama izninəmalik olmayan şəxslər qaçqın hesab edilir.

Bəhs etdiyimiz məqamlara görə hazırda BMT, ABŞ-ninn Beynəlxalqİnkişaf Agentliyi (USAİD), habelə Ermənistanı dəstəkləyəndövlətlərlə qurumlar qarabağlı erməniləri nə qaçqın, nə də məcburiköçkün kimi səciyyələndirə bilərlər.

BMT və USAİD-in müvafiq qurumları bunu bildikləri üçünAzərbaycandan Ermənistana getmiş qarabağlı erməniləri "müdafiəyəehtiyacı olan digər şəxslər" elan ediblər: yardımlar da məhz buifadədən istifadə etməklə edilir.

2023-cü ilin noyabrında Ermənistan Polisi müvəqqəti müdafiəstatusu almış qarabağlı ermənilərdən Ermənistan vətəndaşlığınaqəbulla bağlı ərizələrin qəbuluna başlamışdı. İki ay ərzində yalnız735 nəfər belə ərizə yazıb.

Müvəqqəti müdafiə statusu ilə bağlı sənədi isə yalnız 53 minqarabağlı erməni alıb.

Belədirsə, Ermənistanın hakimiyyət dairələri, beynəlxalqtəşkilatlar və erməni diasporunun təşkilatları hansı “100 mindənartıq qarabağlı erməni”dən bəhs edirlər, müəmmalıdır.

Azərbaycandan Ermənistana getmiş qarabağlı ermənilər hələlikhotellərdə və pansionatlarda yerləşdirilsələr də, onlarınəksəriyyəti kirayə mənzillərdə və evlərdə qalmağa üstünlükveriblər. Rəsmi qurumlar Ermənistana sığınmış hər qarabağlıerməniyə birdəfəlik müavinət qismində 100 min dram (təqribən 250dollar) ödəyib. Bununla yanaşı, hər ailəyə 6 ay ərzində 50 min dram(125 dollar) ev kirayəsinə, 10 min dram (25 dollar) kommunalxərclərin ödənməsi üçün verilib.

Bu ermənilərin artıq yarısı müvəqqəti köçkün statusu alıb.

Onların hər birinə xüsusi “070” kodlu Ermənistan pasportumüvəqqəti olaraq verilib ki, həmin sənəddən yalnız xaricə səfərlərzamanı istifadə etmək olar.

Qarabağlı ermənilərə müvəqqəti köçkün statusu 1 il müddətinəverilib. Bu müddət başa çatandan sonra onlar ya Ermənistanvətəndaşlığını qəbul etməli, ya da vətəndaşlığı olmayan şəxsqismində xüsusi qeydiyyatdan keçməlidirlər.

Lakin Ermənistan pasportunu yeniləmək istəyən qarabağlıermənilərin sayı azdır, çünki onlar belə qərar qəbul etsələr,köçkün qismində aldıqları müavinətlərlə vidalaşmalı olacaqlarınıdüşünürlər.

Eyni zamanda, onlar aşağılandıqlarını, təhqir olunduqlarınıdüşünürlər.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalındaolduğu 30 il ərzində qarabağlı ermənilər Ermənistan pasportunamalik olublar. Onlar Ermənistana və xarici ölkələrə bu pasportlasəfərlər ediblər, maaşları, müavinətləri və təqaüdləri Ermənistanvətəndaşları qismində İrəvandan alıblar.

İndisə Nikol Paşinyan administrasiyası onları “Ermənistanvətəndaşlığı olmayan şəxslər” elan edib.

Görünən budur ki, qarabağlı ermənilər Ermənistanın hakimiyyətdairələrinə sadəcə vasitə, alət qismində gərəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.