Cəmil Məmmədliyə 8 il 3 ay həbs cəzası istənildi - Söz hakimindir

29-02-2024, 20:53           
Cəmil Məmmədliyə 8 il 3 ay həbs cəzası istənildi - Söz hakimindir
Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keşirilib.
Qaynarinfo xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə bu gün keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edib.
O, Cəmil Məmmədlinin ittiham olunduğu maddələrlə təqsirli blinərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Jurnalisitin vəkili Fariz Namazlı isə çıxışında Cəmil Məmmədliyə qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini, iş üzrə zərərçəkən qismində tanınalardan 2 nəfərin ümumiyyətlə, jurnalistlə bağlı heç bir şikayətlərinin olmadığını, ittihamın əsassız olduğunu, ifadələrinin dəyişdirildiyini bildirmələrini, digər 2 zərərçəkənin isə məhkəməyə barışıq ərizəsini təqdim etdiyini xatırladıb.
Vəkil daha sonra əlavə edib ki, Cəmil Məmmədlinin dələduzluq əməli törətməsi də faktiki olaraq sübuta yetirilməyib.
Fariz Namazlı hakimdən jurnalist barəsində bəraətverici əsaslarla hökm çıxarmasını xahiş edib.
Cəmil Məmmədli də elan olunmuş ittihamlarla özünü təqsirli bilmədiyini deyib. “Mənim heç bir təqsirim yoxdur. Bunu hər kəs bilir”, - deyə o, vurğulayıb.
Məhkəmə prosesi martın 7-nə təxirə salınıb.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə təqsirləndirilir.
Seyid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.