Meyvə şirələri immuniteti gücləndirirmi?

3-07-2025, 09:58           
Meyvə şirələri immuniteti gücləndirirmi?
Meyvə şirələri təbii görünür və sağlamlıqla əlaqələndirilir. Foodinfo.az bildirir ki, hazır meyvə şirələrinin əksəriyyəti tərkibində yüksək miqdarda şəkər saxlayır. Bu isə immun sisteminə mənfi təsir göstərərək bədənin infeksiyalara qarşı müqavimətini azalda bilər.Şirənin lifsiz olması isə orqanizmin şəkəri sürətlə mənimsəməsinə səbəb olur. Bu da qanda şəkərin tez qalxıb-enməsinə və yorğunluğa yol açır. Evdə sıxılmış meyvə şirələri daha sağlam alternativ sayılsa da, orada da şəkər miqdarı nəzərə alınmalıdır.Meyvənin özünü bütöv şəkildə yemək, həm vitamin, həm də lif baxımından daha faydalıdır. C vitamini və antioksidantlarla zəngin olan meyvələr immunitet üçün əlverişlidir, lakin bu, şirə şəklində tətbiq olunduqda təsiri azalır. Gün ərzində çoxlu şirə qəbul etmək əvəzinə, su ilə qarışdırılmış təbii şirələrdən az miqdarda istifadə məsləhətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru