Filin biri də gəlir? Bu dəfə rusdilli.

3-07-2025, 08:28           
Filin  biri də gəlir? Bu dəfə rusdilli.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə ilginc bir məqama diqqət çəkərək yazır:
"Filin biri də gəlir? Bu dəfə rusdilli.
Neftçi verdi bu məlumatı.Düzdür cənablar????
- Bildiyiniz kimi Rovshan Najaf SOCAR rəhbərliyinə gəldiyi gündən neft sənayesi sürətlə geriyə getdi. Təcrübəli kadrlar işdən uzaqlaşdırıldı ,sahə üzrə qeyri peşəkarlar vəzifəyə gətirildi və s.Hasilat kəsgin azaldı və azalmaqda da davam edir. İndi də cənab Rovshan Najaf Upstream(yuxarı axın) layihəsini reallaşdırdı .Deyilənə görə avqustun birindən Azneft IB ləğv olunur, adı dəyişilərək Upstream tərkibinə verilir. Və rəhbəri,icraçı direktoru da Aleksey adlı bir şəxs təyin edilir. Aleksey bu gun Neft Daşları və Çilov adasına tanışlıq səfəri edib.Hətta işçilərlə rusca da danışıb!! Sabah isə məllim bloklara səfər edəcək!
Sual: cənab Rovshan Najaf bu halda hasilatı qaldırmaq üçün UBOC-dan gətirdiyiniz işçilər və az sayda qalan peşəkar neftçilərin taleyi necə olacaq?
Qeyd: Görəsən neftçilər ingilis dilini öyrənməkdə davam edəcək,yoxsa hər iki dili (rus və ingilis) öyrənməli olacaqlar? Yaxud bu dillərdə danışa bilməyənlər ixtisar olunacaq?"
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru