Rusiyanın ABŞ-də prezident seçkisinə müdaxiləsinə dair hesabatda səhvlər aşkarlandı

3-07-2025, 09:10           
Rusiyanın ABŞ-də prezident seçkisinə müdaxiləsinə dair hesabatda səhvlər aşkarlandı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın 2016-cı ildə ABŞ-də prezident seçkisinə müdaxiləsi ilə bağlı sənədin hazırlanması zamanı çoxsaylı prosedur pozuntularından bəhs edən hesabat dərc edib.

Bu barədə "Kommersant" nəşri xəbər verir.

Həmçinin qeyd edilir ki, əvvəlki qiymətləndirmə sənədi siyasi motivli ola bilər.

Sənəddə bildirilir ki, Rusiyanın müdaxiləsinə dair qiymətləndirilmə Rusiyanın yüksəkvəzifəli məmurlarının və dövlətin nəzarətində olan KİV-in ictimai davranışının qiymətləndirilməsinə əsaslanıb.

Qeyd edək ki, Donald Tramp 2016-cı il seçkisində Respublikaçılar Partiyasından, Hillari Klinton isə Demokratlar Partiyasından namizədliyini irəli sürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru