Kremldən inanılmaz jest: separatçını vətəndaşlıqdan məhrum etdi, Bakıya verdi

3-07-2025, 07:08           
Kremldən inanılmaz jest: separatçını vətəndaşlıqdan məhrum etdi, Bakıya verdi
Rusiya separatçı Zahirəddin İbrahimovun Azərbaycana ekstradisiya tələbini təmin edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında danışıb.
O bildirib ki, Zahirəddin İbrahimov Azərbaycan vətəndaşıdır və Bakının tələbi ilə saxlanılıb:
“Rusiya qanunvericiliyi, bildiyiniz kimi, Rusiya Federasiyası vətəndaşlarının ekstradisiyasını nəzərdə tutmur, ona görə də Azərbaycan vətəndaşı İbrahimov Bakının tələbi ilə ekstradisiya olunub. O, qanunsuz əməllərinə görə Rusiya vətəndaşlığından məhrum edilib”.
Zaxarova onun hansı cinayətlərinə görə Rusiya vətəndaşlığından məhrum edildiyinə aydınlıq gətirməyib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir və buna görə də İbrahimovu öz vətəndaşı olaraq tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru