Zəngəzur: Nökərin ağasına son zərbəsi ve ya itaətsizliyin bədəli siravi vətəndașlar...

Bu gün, 08:30           
Zəngəzur: Nökərin ağasına son zərbəsi ve ya itaətsizliyin bədəli siravi vətəndașlar...
Karnegi Beynəlxalq Sülh Fondu diplomatik mənbələrə istinadən ABȘ-in Cənubi Qafqaz ücün planini paylaşib.
Regionda qarşılıqlı münasibətlərin formalașması, yeni tranzit modellərinin yaradilması və nəqliyyat-ticarət infrastrukturuna xüsusi diqqətin ayrılması sülh çağırışları fonunda əsas dayaq nöqtəsinə çevrilib. Məsələ, birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır.
Azərbaycanla Naxçıvan arasında birbaşa və maneəsiz nəqliyyat əlaqəsinin yaradılması məqsədilə çəkiləcək bu yol Ermənistan ərazisindən – Zəngəzur bölgəsindən keçəcək. Yol texniki olaraq Ermənistanın hüquqi nezaretində qalacaq, ve mümkün insidentlərə operativ reaksiya verilməsi üçün Xüsusi Monitorinq Komissiyası yaradılacaq. Yəni yol fiziki olaraq bizə də açılır, amma nəzarət mexanizmi beynəlxalq strukturların əlinə verilir.
Plana əsasən, bu dəhliz yalnız nəqliyyat məqsədi daşımır. O, həm də geosiyasi nizamlamaların, sərmayə axınlarının və strateji maraqların mərkəzinə çevrilir. Məlumata görə, Qarabağ bölgəsindəki təbii ehtiyatların işlənməsi ABŞ şirkətlərinə, eyni zamanda Fransa və Ingiltereye tapşırılacaq. Ermənistanın filiz yataqları da eyni şəkildə Birləşmiş Ştatların iqtisadi təsirinə daxil ediləcək.
Burada diqqətçəkən əsas detal budur:
Birləşmiş Ştatlar Ermənistanı, Mehri bölgəsini və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu açıq şəkildə hədəf bölgə kimi müəyyənləşdirib. Bu isə bölgədə təkcə iqtisadi maraqların deyil, həm də siyasi və hərbi strategiyaların işə düşdüyünü göstərir.
Eyni zamanda, qeyd olunur ki, Fransa və Böyük Britaniya şirkətləri də məhz bu ərazilərə — Zəngəzur dəhlizi boyunca yerləşən zonalara — sərmayələr yatıracaq. Yəni geopolitik layihə ilə iqtisadi təsir paralel şəkildə heyata keçirilir.
Digər tərəfdən, planın üçüncü bəndində regionda davamlı sülhün təmin olunmasının təkcə iqtisadi layihələrlə deyil, təhlükəsizlik tedbirlerinin yenidən qurulması ilə mümkün olduğu bildirilir. Bununla bağlı konkret mexanizmlər də nəzərdə tutulub. Məsələn İranla sərhəddə ABŞ-ın təşəbbüsü ilə xüsusi özəl müdafiə taboru yerləşdirilə bilər. Avropa İttifaqının missiya qüvvələri Azərbaycan sərhədindən 15 kilometr geri çəkiləcək və bu ərazidə neytral bufer zona yaradılacaq. Həmin zonanın təhlükəsizliyinə nəzarət üçün Avropa İttifaqı tərəfindən əlavə yardım paketi ayrılacaq.
Bütün bu faktlar göstərir ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi deyil. Bu dəhliz ətrafında iqtisadi maraqlar, hərbi mövcudluq və geosiyasi güc balansı yenidən formalaşdırılır. Bu isə təkcə sülh planı deyil, həm də bölgənin yeni qaydalarla paylaşılması planıdır...
Ульвия Багирова
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.