Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

3-07-2025, 08:38           
Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı
Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan Kamal Səfərov xəstəxanadan oğurlanıb.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, bu barədə iyunun 27-də Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarət alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin bu gün günorta saatlarında xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K.Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər.

Qeyd edək ki, daha öncə Yekaterinburqun Leninski Rayon Məhkəməsi Kamal Səfərov barəsində həbs qətimkan qərarı çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru