İKİ XƏSTƏXANANIN DİREKTORU İŞDƏN AYRILDI - Baş həkim də istefa ərizəsi yazıb

15-06-2024, 12:04           
İKİ XƏSTƏXANANIN DİREKTORU İŞDƏN AYRILDI -
Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev işdən azad olunub. Onun vəzifəsindən istefa verdiyi bildirilir.
TEREF "medicina.az"-a istinadla xəbər verir ki, o, ötən ilin iyul ayında Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə bu vəzifəyə təyin edilmişdi.

Cavid Nazim oğlu Paşayev 2022-2023-cü illərdə “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini olub və sonra direktor vəzifəsini icra edib.

Məlumata görə, eyni zamanda Azərbaycan Tibb Üniversitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazov da tutduğu vəzifədən azad olunub. O, öz ərizəsi əsasında işdən çıxıb.

Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov ötən ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi. O, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib. Daha sonra isə “Bakı Bərpa Mərkəzi”ndə baş həkim olaraq çalışıb

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalov da istefa ərizəsini yazıb.

Onların istefa səbəbi hələlik məlum deyil.

Fotoda: Cəmil İskəndərov

Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.


Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Tədris Terapevtik Klinikaya isə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.