COP29-un məşhur qonaqları kimlərdir? VİDEO

18-06-2024, 09:58           
COP29-un məşhur qonaqları kimlərdir?  VİDEO
Bu ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP-29 tədbirində bir sıra dövlət və hökumət, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

İndiyədək Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və İsrail Prezidenti İsaaq Hersoqun COP29-a qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib.

COP29 tədbirinə dəvətlilər arasında Ukrayna Prezidenti Volodimir Zelenski də var. Ancaq Rusiya Prezidenti Vladimir Putinə dəvətnamə göndərilməsi barədə rəsmi xəbər yoxdur. Hər iki ölkə başçısı Azərbaycana gələcəklərsə, bu, Rusiyanın Ukraynaya hücumundan bəri onların görüşməsi üçün ilk imkan olacaq.
Tədbirə həmçinin, Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi, NATO-nun Baş katibi, Avropa komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel də dəvət alıb.

Ötən il Dubayda keçirilmiş COP tədbirinə Böyük Britaniya kralı III Charles, BMT-nin Baş katibi Antonio Quterreş, Hindistan Baş naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Macron, eləcə də Almaniya kansleri Olaf Sholz qatılmışdı.

Tanınmışlardan Leonardo Di Caprio və Bill Geyts də həmin tədbirdə iştirak etmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.