İranda ümummilli etirazlar fonunda həbs edilən siyasi fəal Əli Rzayi sərbəst buraxılıb

18-06-2024, 10:14           
İranda ümummilli etirazlar fonunda həbs edilən siyasi fəal Əli Rzayi sərbəst buraxılıb
İranda 2022-ci ilin kütləvi etirazlar fonunda həbs edilən siyasi fəal Əli Rzayi Havastan bazar günü, iyunun 16-da Evin həbsxanasından azad edilib.

Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Yayılan xəbərlərə görə, siyasi məhbusun azadlığa buraxılmasının səbəbi dəqiqləşdirilməsə də, onun ümumi amnistiyaya uyğun olaraq azadlığa çıxdığı güman edilir.

Bir müddət əvvəl Mehr xəbər agentliyi Qurban bayramı münasibətilə 2 min 654 məhkumun əfv edildiyini açıqlamışdı.

Əli Rzayi 2022-ci ilin dekabrında Tehrandakı şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Kəşfiyyat İdarəsinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu bölməsində təxminən 20 gün dindirilib. O vaxtdan bəri onun girov müqabilində müvəqqəti olaraq azadlığa çıxmasına icazə verilməyib.

Daha sonra o, iyunun 21-də Əbülqasım Salavatinin sədrlik etdiyi Tehran Ümumi və İnqilab Məhkəməsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" və "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamları əsasında müvafiq olaraq 5 il və 1 il həbs cəzasına məhkum edilmişdi.

Rzayi yalnız ötən ilin sentyabrında atasının ölümündən sonra 3 günlük məzuniyyətə buraxılmışdı.

Keçən il o, İran İslam Respublikasının məhkəmə sisteminin ümumi amnistiyasına daxil edilməmişdi.

Əli Rzayi informasiya texnologiyaları fakültəsinin məzunudur və Türkiyə türkcəsi müəllimidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru