Paşinyanın Belarusa "hücumu"nun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır

18-06-2024, 12:57           
Paşinyanın Belarusa "hücumu"nun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın Strateji Mədəniyyət Fondu "Belarusun Azərbaycanpərəst mövqeyə daha çox meyillənməsi, şübhəsiz, İrəvanın xarici siyasətinin və diplomatiyasının iflasa uğraması deməkdir və Belarus tək deyil" başlıqlı məqalə dərc edib:

"Nikol Paşinyanın məhz Belarusa qarşı belə kəskin narazılığı təsadüfi deyil. Son vaxtlar Minsk Azərbaycan istiqamətində xeyli fəallaşıb, özü də məhz Qarabağ məsələsində...".

Rusiyanın "Kavkazski Uzel" nəşrində dərc olunan "Sülhməramlıların gedişi Bakının diplomatik qələbəsi hesab edilə bilər" sərlövhəli məqalədə azərbaycanlı analitiklər Rusiya sülhməramlılarının Qarabağdan gedişini şərh ediblər.

İranın "Donya-e-Eqtesad" nəşri "Türkiyə və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə Qəzzada baş verən hadisələr müzakirə edilib" başlıqlı məqalə dərc edib.

Mənbə xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti ilə görüşdə deyib: "Daimi həll yolu paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasıdır. Bu məqsədlə İsrailə beynəlxalq ictimaiyyət tərəfindən təzyiq göstərilməlidir".

Məlumata görə, İqlim Sammitinin Azərbaycanda keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətinə görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu sammitin hazırlanması prosesinə hər cür dəstəyi verəcəyini bildirib.

İsrailin "The Jerusalem Post" nəşri xəbər verir ki, Ermənistan Cənubi Qafqazda möhkəm və davamlı sülh naminə mina sahələrinin xəritələrini Azərbaycana verməlidir.

ABŞ-nin "The Geopolitics" nəşri xəbər verir ki, Azərbaycanı Ermənistanın Nikol Paşinyanın dəyişdirmək istədiyi daxili siyasi sistemi deyil, Ermənistan Konstitusiyasında təsbit edilmiş ərazi iddiaları narahat edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.