Bakıda "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" qlobal sammiti fəaliyyətə başlayıb

18-06-2024, 12:18           
Bakıda "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" qlobal sammiti fəaliyyətə başlayıb
Bakıda COP29-dan qabaq hər il keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammiti fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, sammitin məqsədi səhiyyə sahəsində nailiyyətlərin, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Əbu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq. Qeyd edək ki, "Sağlamlıq Günü"nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Əbu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Tədbirin açılışında Azərbaycanın səhiyyə naziri Teymur Musayev, COP29-un müəyyən edilmiş prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus tədbirin açılışında videomüraciətlə çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.