Bu bölgədə qalıcı və ədalətlü sülh mümkün deyil, amma...
19-06-2024, 08:08
İsveçrədə sona çatan Ukrayna konfransından həmən öncə Putin özünün “sülh tezislərini” açıqladı – Kremlin yiyəsi deyir ki, Krım, Luqansk, Donetsk, Xerson və Zaparojye Rusiyada qalır, Ukrayna neytral ölkə olur, Qərb Ukraynadan çəkilir, AB, ABŞ, NATO ilə yeni təhlükəsizlik sənədləri imzalanır və bununla da müharibə bitir.
Putin niyə ən yuxarı pərdədən tələblər irəli sürdü – çünki, alver etmək istəyir. Çarın dediyində yalan nədir?! Deyir ki, bütün bu bölgələrdə referendum olub, xalq Rusiya ilə birləşməyə səs verib – ağ yalandır, çünki, Rusiyada seçki-referendum fiksiya olmaqla yanaşı, həmin bölgələrin tamamında formal səsvermə də olmayıb. Donetsk vilayətinin 55%-i Ukraynanın nəzarətindədir, Rusiya 45%-i işğal edib, Luqansk vilayətinin 80-85%-ni Rusiya işğal edib, qalanı Ukraynaın nəzarətindədir, Xerson vilayətinin 35%-ə yaxını Ukraynanın nəzarətindədir, 65%-i işğal olunub, Zaparojye vilayətinin 70%-ni Rusiya işğal edib, 30%-i, o cümlədən vilayətin paytaxtı Ukrayna nəzarətindədir. Bundan başqa, Rusiya 2022-ci ildə işğala başlayanda, həmin bölgələrdən 4 mln. nəfərə yaxın Ukrayna vətəndaşı ölkənin mərkəz, qərb bölgələrinə, o cümlərən Avropaya köç edib işğaldan qaçmışdılar.
Yaxşı, Putinin öz dedikləri həqiqəti əks etdirmir axı, deməli özü bilərəkdən ən yuxarı tələblər qoyub ki, geri addım atmağa yer qalsın.
Burda bir maraqlı məsələ də var – Rusiya “referendumlardan” sonra həmin bölgələri Konstitusiyasına saldı, “öz ərazisi” elan etdi. İndi Ukrayna haqlı və təbii olaraq əsl sülh danışıqlarının mövzularından biri kimi Rusiyadan Konstitusiyasını dəyişməyi tələb edir, çünki, Rusiyanın Ana yasası başqa ölkənin ərzisini öz içinə qatıb, başqa dövlətə ərazi iddiaları ilə içi doldurulub. Ukraynanın bu haqlı və hüquqi tələbinə Qərbdən etiraz yoxdur, əksinə, ciddi dəstək var.
Kiçik haşiə: Ermənistanın Konstitusiyasında da öz qonşularına ərazi iddiaları var, Azərbaycan əsl və qalıcı sülh istəyir və deyir ki, bu ərazi iddialarınızı Konstitusiyadan çıxardın – yaxşı, bu niyə bəzi Qərb dairələrini narahat edir ki?! Eyni məntiq, eyni beynəlxalq hüquq, eyni yanaşma olmalı deyilmi?!
Mən düşünmürəm ki, Ermənistanın Konstitusiyasında ərazi iddialarının olması onların gələcəkdə Azərbaycanın, Türkiyənin bir qarış torpağına hərbi əməliyyat keçirməsinə səbəb ola bilər – bu Ermənistan üçün xəritədən silinməyə bərabər addım olar, amma, niyə qalmalıdır ki?! Biz gələcək nəsillərə sülh və əmiəmanlıq şəraitində yaşayan bölgə miras qoymaq istəyiriksə, buna təhdid yrada biləcək bütün hüquqi və formal əsaslar da kökündən ləğv edilməlidir.
Qayıdan Ukrayna-Rusiya müharibəsinə: Google də kiçicik axtarış versəniz görəsiniz ki, 2022-ci ilin martında bu müharibənin “pat” vəziyyətinə düşəcəyi haqqında yazmışdım, bundan sonra dəfələrlə TV çıxışlarda, müsahibələrdə bu haqda danışmışam – bəli, “pat” vəziyyəti yaranıb, təəssüf ki, Ukrayna 1991-ci sərhədlərinə çıxa bilmir-bilməyəcək, şükür ki, Rusiya da qalib gələ bilmir-bilməyəcək, çünki Putin üçün qalibiyyət Ukraynanın tamamına nəzarət edə biləcək “vassal” hakimiyyət qurmaq idi ki, buna nail olmadı, ola da bilməz. Yaxşı, bu “pat” vəziyyətindən çıxış nədir?! Məncə, ABŞ seçkilərinə qədər vəziyyət qncaq eskalasiya yolu ilə gedəcək, seçkilərin nəticələri bəlli olduqdan sonra böyük masa qurulacaq. Ukraynada Zelenski siyasətdən gedəcək, bunu Rusiya böyük “qələbə” kimi təqdim edib, əvəzində bəzi ərazilərdən geri çəkilərək “Koreya variantına” gedəcək, orada “38-ci paralel” kimi bir xətt yaranacaq, Ukrayna işğalı tanımayacaq, amma müharibə də dayanacaq, Rusiya isə Azov dənizini daxili su hövzəsi etməsini, Krımı qorumasını, 4 vilayətdə əlində qalcaq torpaqları (əsas da Krıma quru yolu) tam qələbi bayramına çevirəcək.
Sonra illərlə davam edəcək danışıqlar, yeni “Misnsk qpurufason” qurumlar görəcəyik, ta o vaxta kimi ki, Rusiyada hakimiyyət dəyişikliyi baş verəcək, və ya, Ukrayna özü-özünü qoruyacaq qədər güclənə biləcək. Yəni, bu bölgədə qalıcı və ədalətlü sülh mümkün deyil, amma vəziyyətin “dondurulması” yaxın 8-12 aya baş verəcək...
Natig Cəfərli
TEREF