YAP Vahid Əhmədovun qarşısına onu rəqib çıxardı - DOSYE
17-07-2024, 19:50
59 saylı Quba seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürən “Şöhrət” ordenli iqtisadçı Vahid Əhmədovun YAP-çı rəqibi məlum olub.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün açıqladığı siyahıda Əlibala Səttar oğlu Məhərrəmzadəni deputatlığa namizəd irəli sürüb.
Xatırladaq ki, Vahid Əhmədov üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisinin deputatı olub.
Modern.az saytı YAP-ın namizəd irəli sürdüyü Əlibala Məhərrəmzadənin dosyesini araşdırıb.
Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. İqtisad elmləri namizədi, professordur.
2010-cu ildə keçirilmiş parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olub.
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, dörd övladı var.
Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktoru vəzifəsində işləyir.