Nazir Adil Kərimli haradadır? – Açılışa buraxılmadı

Bu gün, 07:08           
Nazir Adil Kərimli haradadır?  – Açılışa buraxılmadı
Mədəniyyət naziri Adil Kərimli niyə rəsmi tədbirə buraxılmadı?

Bu gün el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı mərasimi keçrilib. Ölkə başçısı İlham Əliyev və oğlu Heydər Əliyev açılış mərasimində iştirak ediblər.

XALQ.AZ xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli iştirak etməyib. Adətən abidə və mədəniyyət xadimlərinin heykəl açılışlarında protokol xidmətinə uyğun olaraq həmin qurumun rəhbər şəxsləri ştirak ediblər. Lakin bu dəfə nazir ölkə başçısının tədbirində, açılışa buraxılmayıb. Həmçinin nazirlikdən heç bir rəsmi şəxs tədbirdə iştirak etməyib. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirliyi Aşıq Ələsgərin abidəsinin açılışını hansısa səbəbə görə gecikdirirmiş. Lakin ölkə başçısının müdaxiləsi ilə el sənətkarının abidəsinin açılışı baş tutub.

Mədəniyyət nazirliyindən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.