Müxtəlif stansiyalardan yanacaq almaq avtomobilə ziyan vururmu?
1-10-2024, 08:14
Bazarda bir çox fərqli yanacaq növü və markası olduğundan, hansının avtomobilimiz üçün daha yaxşı olduğunu düşünə bilərik və bəzən fərqli yanacaqları sınaqdan keçirə bilərik.
Bəzən fövqəladə vəziyyətdə yanacağa ehtiyacımız ola bilər və biz başqa stansiyada həmişəki markamızdan fərqli yanacaq ala bilərik.
Bəs avtomobilə fərqli benzin qoyulsa nə olar?
İndex.az bu barədə araşdırmanı təqdim edir.
Hər bir mühərrikin fərqli sıxılma dəyəri var. Həmişə istifadə etdiyiniz yanacağı dəyişdirdiyiniz zaman mühərrik avtomatik olaraq sıxılmasını tənzimləyir və sürətli keçid mühərrikdə problemlər yarada bilər. Nəticədə, bu, mühərrikin zədələnməsinə, həmçinin yavaş işləməsinə səbəb ola bilər.
Bundan əlavə, yanacaq aldığınız stansiyalar arasında keyfiyyət fərqi varsa, keyfiyyətsiz yerdən yanacaq alsanız, mühərrikin yanma kamerasına əlavələr yığılaraq mühərrikin iş rejimini pozaraq, daha çox yanmağa səbəb ola bilər. Təbii ki, bu da maddi ziyana səbəb olur.
Diqqət yetirməli daha bir şey var.
BP-nin saytında yazılanlara görə, çəniniz boş olanda yalnız bir dəfə fərqli markalı yanacaqla doldurulsa, nisbətən daha yaxşı olar, çünki bütün yanacaq növləri karbohidrogen zəncirində eyni komponentlərə malikdir.
Odur ki, bir çəndə 1-2 növ yanacaq qarışdırmaq bir az daha təhlükəsizdir, ancaq adi yanacağına keçmək istəyirsinizsə, köhnə yanacaq sərf etdiyinizə əmin olmalısınız. Uzun müddət müxtəlif yanacaq növlərindən istifadə avtomobilə ciddi ziyan vura bilər.
Bir sözlə deyə bilərik ki, avtomobiliniz üçün yanacaq alarkən eyni markanı seçmək həmişə daha təhlükəsizdir.