“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir” - Tramp

1-10-2024, 10:34           
“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir” - Tramp
ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV sabiq ABŞ liderinin “The Washington Post” qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.

“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, - Tramp deyib.

ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.

“O (Zelenski - red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin - red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp - red.) qəti olaraq səhv bir şey etməyib”, - amerikalı siyasətçi sözlərinə əlavə edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə ABŞ-yə səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru