Tərtərdə Milli Qəhrəmanın adını daşıyan məktəb uşaqlr üçün təhlükə yaradır FOTO

1-10-2024, 08:37           
Tərtərdə Milli Qəhrəmanın adını daşıyan məktəb uşaqlr üçün təhlükə yaradır   FOTO
Sosial şəbəkələrdə insanlar tərəfindən tənqid olunan bu şəkildəki şəraitsiz sinif otağı Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbinin sinfidir. Məktəb şəhid milli qəhrəman Elnur Muradovun adının daşıyır.

TEREF yazır ki, məktəbin şagirdlərinin qış aylarında müasir qızdırılma sistemləri ilə deyil odun sobası ilə isinməsi və müəllimlərin, şagirdlərin sinif otağında palto ilə oturması, döşəmənin yararsız vəziyyətdə, tavan təhlükəli durumda olması da şəkildə diqqət çəkib. Bir sözlə keyfiyyətli tədris üçün bina dövrün tələblərinə cavab vermir. Bu da sosial şəbəkələrdə insanlar tərəfindən tənqid edilib.

Maraqlıdır ki neçə illərdir fəaliyyət göstərən bu məktəbdə indiyənə kimi heç bir əsaslı təmir işləri görülməyib. Şəkildə gördüyünüz kimi sinif otağı tamamilə təmirsiz və yararsız vəziyyətdədir. Heç istilik sistemidə yoxdur. Hətta Ulu Öndər Heydər Əliyevin şəkli belə yararsız vəziyyətdədir. Şübhəsiz ki, bu da məktəbdə şagirdlərə dərs keçməyə imkan vermir.
QEYD: Fotolardan göründüyü kimi məktəb qəzalı vəziyyətdədir və şagirdlər üçün burda təhsillərinin davamı təhlükəlidir!
TEREF















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.