İran prezidenti İsrailin Tehranın regional müttəfiqlərinə qarşı hücumlarını pisləyib

Bu gün, 11:14           
İran prezidenti İsrailin Tehranın regional müttəfiqlərinə qarşı hücumlarını pisləyib
İran prezidenti Məsud Pezeşkian bazar günü deyib ki, İsrailin İranın "Müqavimət oxu"na daxil olan ölkələrə bir-birinin ardınca hücum etməsinə yol verilməməlidir.

İsrail cümə günü İranın bölgədəki müttəfiqləri ilə qarşıdurmanı genişləndirərək, Livandakı Hizbullah lideri Seyid Həsən Nəsrullahı öldürdükdən sonra, bazar günü Yəməndəki husi hədəflərini bombaladığını bildirib.

Pezeşkian dövlət mediasının verdiyi şərhdə deyib ki, Livan dəstəklənməlidir.

O, "Sionist rejimin (İsrail) bir-birinin ardınca "Müqavimət Oxu" ölkələrinə hücum etmədin deyə, Livan döyüşçüləri bu döyüşdə tək qalmamalıdır" deyib.

Hizbullah liderinin Beyrutda ölümü ilə nəticələnən hücum zamanı İran İnqilab Keşikçiləri Korpusu-nun komandir müavini Abbas Nilforuşan da ölüb.

"Biz bu cür hərəkətləri qəbul edə bilmərik və onlar cavabsız qalmayacaq. Qətiyyətli reaksiya lazımdır" - deyə, Pezeşkian bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənə zərbələrini pisləyib və onların elektrik stansiyası və yanacaq çənləri kimi "mülki infrastrukturu" hədəf aldığını deyib.

Sözçüsü Nasir Kənani "İran bir daha sionist rejimin (İsrail) müharibəni qızışdırmasının nəticələrinin regional və beynəlxalq sülh və təhlükəsizliyə təsiri barədə xəbərdarlıq edir" deyə, əlavə edib.

İyul ayında İsrailin Yəmənə qarşı başqa bir hücumunda qırıcı təyyarələr Hudeydada "enerji infrastrukturu kimi ikili təyinatlı obyektləri" bombalayıb.

İsrailin hərbi sözçüsü limandan husilər tərəfindən İran silahlarını qəbul etmək üçün istifadə edildiyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.