Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?

1-10-2024, 09:32           
 Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Azərbaycan Respublikası Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin elan etdiyi "Hava keyfiyyəti üzrə Mobil laboratoriyaya cihaz və avadanlıqların alınması və quraşdırılması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, tenderin qalibi "Maybo" MMC olub. Tərəflər arasında 180.065,06 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalıb şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Maybo MMC-nin vergi borcu 135331.86 AZN təşkil edir.

Bildirək ki, nizamnamə kapitalı 1020 AZN olan MMC-nin qanuni təmsilçi Midhət Qurbanəliyev Çingiz Oğludur.

Xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin isə rəisi Ceyhun Muradovdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru