Fuad Nəcəfliyə "od püskürdü": “Bizim başımıza oyun açırlar” - VİDEO

1-10-2024, 00:06           
Fuad Nəcəfliyə "od püskürdü": “Bizim başımıza oyun açırlar” - VİDEO
Babək rayon Nehrəm qəsəbə sakini Seyran Nağıyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edib.

TNS xəbər verir ki, vətəndaşın müraciəti sosial şəbəkələrdə yayılıb.

Nehrən sakini su problemindən əziyyət çəkdiklərini bildirib, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyindən şikayətlənib.

“Malik müəllim (Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev nəzərdə tutulur – red) bizə deyib ki, sizdən xahiş etməmişəm gedib mal-qara saxlayasınız, biz də sizə su verək. Bizim başımıza oyun açırlar. Gəlin əlmizdə nəyimiz var alın, bizi deport edin çıxaq gedək, burada nazirlər yaşasın”, - vətəndaş bildirib.

Qeyd edək ki, bu il Naxçıvanda su problemi yoxdur. Hazırda 100 milyon kubmetr su tutumu olan Heydər Əliyev Su Anbarında 58 milyon, 150 milyon kubmetr su tutumu olan Arpaçay Su Anbarında isə 108 milyon kubmetr su var. Mütəxəssislər deyir ki, muxtar respublikada su bölgüsü düzgün aparılmır. Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyində ixtisaslı mütəxəssislər olmadığından bu sahədə ciddi problemlər yaranıb. Bunu da əziyyətini Naxçıvan sakinləri çəkir.

Ətraflı videoda.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.