Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."

1-10-2024, 08:50           
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ -
Sentyabrın 21-də Gəncə şəhərində "VMR Estetik" klinikasında mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramovanın sentyabrın 28-də öldüyü bildirilir.

Məsələ ilə bağlı “VMR” estetik klinikasının rəhbəri Vüsal Həsənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gəncə filialında mədəkiçiltmə əməliyyatı olmayıb:

“Mediada yayılan məlumata görə, bizim klinikamızda Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova adlı xəstə əməliyyatdan 1 həftə sonra vəfat edib.

Lakin bizim klinikamızda mədəkiçilitmə əməliyyatı olmayıb. Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatı etmək üçün 180 kvm sahə, lazımı avadanlıqlar və şərait olmalıdır. Bizim klinikamızda bunları etmək üçün lazımi imkanlar yoxdur. Bu səbəbdən də mədəkiçiltmə əməliyyatının olması mümkün deyil”.

O qeyd edib ki, məsələ ilə bağlı əlaqədar qurumlara da müraciət edib:

“Klinikamınızla bağlı həqiqəti əks etdirməyən məlumatlara görə bu gün səhər saatlarında (dünən) prokurorluğa getməli oldum. Məsələ barəsində hüquqi tədbir görülməsini tələb edəcəyəm”.

Qeyd edək ki, sözügedən xəbəri İlk olaraq "unikal.org" saytı yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.