Aysel boşandığı birinci əri ilə bir arada - VİDEO
1-10-2024, 09:15
İnfluenser Aysel Şükür qalmaqallı şəkildə boşandığı birinci həyat yoldaşı Elşən Əsgərli ilə bir araya gəlib.
Paytaxt restoranların birində keçmiş xanımı ilə görüşən Elşən övladına xoş sürpriz edib.
O oğlu Uğura onun arzuladığı telefonu hədiyyə edib.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Aysel izləyicilərin çox sayda yazıb, soruşduğu “Keçmiş həyat yoldaşınızla barışmısınız?” suala belə cavab verib:
“Uşağım kosmosdan gəlməyib ki, atası var da… Sizi arada başa düşməkdə çətinlik çəkirəm. Mən heç kimi bağışlamamışam. Sadəcə qanun çərçivəsində uşağını görür. Uğur da böyük oğlandır. Seçim onundur və azaddır. Hər şeyi dərd edə biləcək yaşdadır, ona görə bu haqqı onun əlindən almaq düzgün deyil. Əksinə, mən çox kinli insanam. Mənə və ailəmə olunan heç nəyi bağışlamıram və unutmuram. Amma bəzən içimiz qan ağlasa belə, övladımıza görə heçnə demirik. Mənim kimi kinli və qəlbiqara ikinci insan tanıya bilmərsiniz. Mən əkizlər bürcüyəm unutmayın. İçimiz qan ağlasa da, daima gülərik. Atasıdır da, telefon almalıdır, aliment verməlidir. Bir zəhmət də yəni… Hər şeyi ana eləsin, daha nə oldu? Mən də uşaqlıqda sevgi görməmişəm. Qırıldığım çox məqamlar olub. Uğur da mənim kimi hisslərini tam göstərə bilmir. Emosionaldır, tam hisslərini biruzə verə bilmir. Hərkəsin həyatda nədənsə yarım qaldığı nöqtələr olur. Məndə isə həmişə sevgi cəhətdən oldu. İnşallah, Uğur üçün bundan sonra hər şeyin ən yaxşısı olar, rahatlıq tapar. Mən həyata başqa prizmadan baxıram. Uşağa harada rahtdırsa, orada da olmalıdır ki, özünü həyatda tapsın, rahat ifadə edə bilsin. Ona görə də istəmirəm, onu sıxım və ya nəsə deyim. Bizdə alınmaya bilər, amma ki atası olaraq üzərinə düşən hər şeyi etməlidir deyə düşünürəm”.
Qeyd edək ki, A.Şükür ilk əri Elşən Əsgərlidən qalmaqallı şəkildə ayrılıb. O, daha sonra Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var. Aysel aylar əvvəl üçüncü dəfə Kapadokiyada ailə qurub. A.Şükür keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır. /Olay