İKT sahəsində yeni qanun: Provayder xidməti çərçivəyə salınacaq

1-10-2024, 10:44           
İKT sahəsində yeni qanun: Provayder xidməti çərçivəyə salınacaq
Gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub.
İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub" - N.Mərdanov əlavə edib.
O, bildirib ki, Azərbaycanda 171 telekommunikasiya operator və provayderi fəaliyyət göstərir.
"Bu fəaliyyəti göstərmək üçün heç bir lisenziya tələb olunmur. Sadəcə bu xidmətin müəyyən çərçivəyə salınması istiqamətində tərəfimizdən müəyyən işlər aparılır" - deyə o, əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru