Azərbaycan və Gürcüstan əlaqələri bütün qonşular üçün nümunə ola bilər
Bu gün, 16:36
Qədim tarixi dostluq və qardaşlıq münasibətləri olan Azərbaycan və gürcü xalqları, müstəqil Azərbaycan və Gürcüstan arasında əlaqələr günü-gündən artıq, inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində hər iki dövlətin başçılarının mühüm rolu vardır.
İki dövlət arasında əlaqələrin genişlənməsi və münasibətlərin möhkəmlənməsi işlərində atlan addımlardan biri Gürcüstanın Baş naziri İrakli Kobaxidzein yanvarın 17-də Bakıya rəsmi dövlət səfəri olmuşdur.
Səfərin əvvəlində Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib və 4 mühüm sənəd imzalanıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib. görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan baş nazirinin ilk xarici səfərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edib və bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər.
Bəyanat zamanı energetika sahəsində iki ölkə arasındakı əməkdaşlığın həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığı bildirilib. Dövlətimizin başçısı qeyd edib: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir”.
Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
Prezident İlham Əliyev bildirib ki, bu gün Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi icra olunur. Yəni, bu işlər paralel apararaq aparılır. Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar. “Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik” – deyə cənab Prezident bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlətimizin başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyevin bölgədəki nüfuzunu xüsusi qeyd edib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Xarici dövlət başçısının dilindən ölkə başçımız barədə belə xoş sözlərin deyilməsi öz növbəsində hər birimizdə fəxarət hissi doğurur.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası