Avropa "yaxşı ruslar" haqqında fikrini dəyişdi

Bu gün, 17:17           
Avropa "yaxşı ruslar" haqqında fikrini dəyişdi
Analitik bildirir ki, Avropa öz vətənini pisləyərək Qərbin rəğbətini qazanmaq istəyən rusları yarı yolda qoyub.
Rusofobiya yürüşdədir: rəsmi Praqa ölkədə yaşayan Rusiyadan gələnlərin Çexiya vətəndaşlığını almasını praktiki olaraq qeyri-mümkün edən yeni qanunu imzalayıb. Eyni zamanda, Qərbi Avropadakı İsveçrədə banklar eyni kateqoriyalı müştərilər - Rusiya pasportlarının sahibləri üçün hesab qalıqlarına aid standartı kəskin şəkildə artırdılar.
İctimai sahədə göstərilən bəhanə və səbəblər (əgər və nə vaxt) demaqogiya və söz yığınağından başqa bir şey deyil. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Qərb qorxudan bu cür ayrı-seçkilik qərarlarının verilməsinin əsl səbəblərini ifadə etmir.
Orada "ayrı-seçkilik" və "ayrılma" sözlərinin mənasını başa düşmədiklərini iddia edirlər. Çünki "cənnət bağında", bildiyiniz kimi, bu sözlərlə ifadə olunan hadisələr yoxdur. Və ola da bilməz.
Rusiyada Çexiya hakimiyyətinin və İsveçrə maliyyə tənzimləyicilərinin yeni addımları heç kəsi təəccübləndirmədi - rusofobiya, demək olar ki, on ildir ki, Qərbdə Rusiya ilə bağlı hər hansı qərarın qəbul edilməsində ən vacib motivdir. Əsas hədəf seçilən isə ümumiyyətlə öz vətənlərinə mənfi münasibət bəsləyən çox varlı ruslar isə təbii olaraq "bəs niyə?" sualını verirlər.
Ruslar (hətta belələri də daxil olmaqla) özlərinkilərin tərk etmirlər, buna görə də məsələyə aydınlıq gətirməyə çalışcağıq. Xüsusilə, izah olunası və deyiləsi şeylərin olduğunu nəzərə almaqla. Əvvəlcə çox uzaq olmayan tarixə nəzər salaq.
Qırmızı layihənin (1991) çökməsindən bəri sayılırsa, təxminən iki onillik ərzində Qərb tərəfindən diqqətlə yatırılan rusofobiya, 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Vladimir Putin Rusiyanın Təhlükəsizlik doktrinasını və beynəlxalq münasibətlərin mümkün gələcək memarlığı tezislərini açıqladığı zaman ilk qığılcımları ilə ortaya çıxdı. Rusiya prezidenti dialoq və etimadın möhkəmlənməsinə çağırdı, Çünki birgə iş yalnız bu əsasda mümkündür. Buna cavab olaraq "imperializm", "aqressiv ritorika", "Avropa Birliyini pozmaq" istəyi, "beynəlxalq razılaşmalar sistemi haqqında söhbətə əvvəlki "Yalta yanaşmasının" gətirilməsi" haqqında ittihamlar səsləndirildi. Bir il yarımdan sonra Rusiya - o vaxtkı planlaşdırma masasında oturanlardan – ölkənin cənub sərhədlərində, Cənubi Osetiyada geniş miqyaslı yanğın aldı.
Amma həmin vaxt rusofoblar yalnız əzələləri istiləşdirirdi və qlobalçılar onları çox səxavətlə maliyyələşdirmirdi.
Rusofobiyanın beynəlxalq münasibətlərdə əsas cərəyana çevrilməsi, təbliğat maşınını tam gücü ilə işə salınması üçün vaxt və əlavə olaraq on milyardlarla avro və dollar tələb olundu.
Yeddi il keçdi. Bu ilər ərzində Kiyevdəki "tullanmayan moskaldı" şüarı ilə hazılanmış Avromaydan (Amerikadan açıq şəkildə bildirildiyi kimi beş milyard dollara təşkil olunub), anti-rus isteriyası, yalnız qırğın təhlükəsindən xilas olmaq üçün doğma limanına qayıdan Krım hadisələri baş verdi. Rusofobluğa doğru yeni yuvarlanma özünü çox gözlətmədi.
Özünü tolerant və siyasi cəhətdən korrekt göstərən Qərb bu hücumu dayandırmağı ağlına belə gətirmədi. Və bunun ardınca Odessada ruslara qarşı nifrət ritorikası ilə razılaşmayanların diri-diri yandırılması baş verdi.
Daha sonra isə - Donbas.
Belə olan halda üzlərini Avropaya tutan və orda məskunlaşmaq istəyən rusiyalılar tamamilə rusofob olan mövqelərinə görə əfv ediləcəklərini zənn etdilər. Ancaq məlum oldu ki, bu cür indulgensiya çox qısa müddətlidir. Bu cür "yaxşı rusların" sədaqətinə ehtiyac itən kimi, Rusiya ilə Qərb və qərblilər arasında qarşıdurma manevr üçün bütün imkanları məhv etdikdə, həmin ruslar, elə pulları kimi, sonuna kimi istifadə edilərək "əsl avropalılara" namizədlər sırasından qovuldular.
İndiki vaxtda qərblilərin ikinci dərəcəli insan hesab etdikləri bəzi slavyanların "yaxşılıq" nüanslarını anlamağa həqiqətən vaxtı yoxdur. Ortaq qan, ortaq tarixi mənşə, dillərin yaxınlığı və mədəni birlik haqqında söhbət belə, Qərbdə avtomatik olaraq onun indiyə qədərki əsas liberal gündəliyinə potensial sədaqətsizlik (başqa sözlə, birbaşa təhlükə) kimi başa düşülür. Baxmayaraq ki, bundan əvvəl qərbli ideoloqlar bütün bunların olmadığı haqqında fəryad edirdilər. Səbəb isə ondadır ki, bu həqiqət sosioloji sorğuların təsdiqini tələb etmir və qərbli siyasətçilər onu tam şəkildə hiss edir.
В зоне проведения специальной военной операции (СВО) - Sputnik Azərbaycan, 1920, 10.02.2025
Xüsusi hərbi əməliyyat, arxiv
© Sputnik / Евгений Биятов
Əslində Rusiyanın bir dövlət kimi mövcudluğunu təhdid edən proseslərin qarşısını almaq üçün başladığı xüsusi hərbi əməliyyat (XHƏ) bir neçə milyon insanın həyatını qorumaqla yanaşı, həm dolayısı ilə, həm də birbaşa olaraq slavyan qardaşlığını qoruyur. Ekzistensial təhlükə anında bizi o qədər də bəyənməyən qərb slavyanları belə anladılar ki, onların təhlükəsizliyi NATO-ya üzvlüklə deyil, Rusiya ilə birbaşa razılaşmalarla təmin olunur. Bu tezisə şübhə edən hər kəs bu barədə Bratislava və ya Belqraddan soruşa bilər.
"Yaxşı ruslar" kimi qeydiyyatdan keçmək istəyənlərin ukraynalılarla olduğu kimi de-yure "konvensiyanı pozanlar" siyahısına əlavə edilməsi (ukraynadakılar hələlik de-fakto olsa da) təəccüblü deyil. Təəccüblü olan başqa şeydir: "Cənnət bağı"nın astanasında yaşayan və mövcud olmayan şüarlara sədaqətini daim sübut etmək zərurəti ilə üzləşən bu insanlar hələ də heç nə başa düşməyiblər. Elə buna görə də heç nə öyrənə bilməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.