İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 16:16

"Məlum olduğu kimi, necə ki ölkənin digər yerlərində, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin bütün ümumitəhsil məktəblərində bufetlər fəaliyyət göstərir. Lakin bufetlər hansı şəkildə və necə fəaliyyət göstərirlər? Bu isə artıq bir ayrı aləmdir. Hər halda, qeyd etdiyimiz təhsil idarəsinin və onun şefinin nəzarəti altında..." Bu barədə "DİA-AZ"-a göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Araşdırmamız nəticəsində aydın oldu ki, bufetlərdəki işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Həmçinin, bufetlərdə satılan mallar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülmür və müddəti ötmüş ərzaq məhsulları şagirdlərə satılır.
Satılan ərzaq məhsullarının qiymətləri isə bazar qiymətindən daha bahadır. Məsələn, istənilən marketdə 0.30 və 0.40 qəpiklik adi sular, bufetlərdə 0.50- 0-60 qəpiyə satılır.
Həmçinin bufetlərdə satılan malların vergidən yayınması birbaşa Regional İdarənin rəhbəri İlhamə Abdullayevanın tapşırığı ilə həyata keçirilir. Vergidən yayınma ilə məşğul olan İlhamə Abdullayeva yalnız öz şəxsi mənafelərini güdür.
Prosesləri izləyərkən bir məqamı da nəzərdən qaçırmadıq. Bir vaxtlar İ.Abdullayevanın müavini olmuş, sonradan Quba -Xaçmaz Regional İdarəyə təyinat almış Coşqun Əliyev də eyni prosedurları həyata keçirir. Nəticədə bunu demək olar ki, İlhamə Abdullayevanın təqdimatı əsasında regionala təyinat alan Coşqun Əliyev “xanımağasının” tapşırığı ilə qanunsuz əməllərini həyata keçirir. Bu prosedurun vahid bir yerdən idarə olunması kimsədə şübhə doğura bilməz..."
DAVAMI VAR...