Hansı hallar işçilərin əmək fəaliyyətinə böyük ziyan vurur.
Dünən, 15:34

Bu barədə bir dəfə də status paylaşmışam:
Əmək hüquqlarını bilməmək, bu hüquqlarını tələb etməmək, pozulmuş hüquqlarının bərpasına çalışmamaq və sair hallar, nəticə etibarı ilə işçilərin əmək fəaliyyətinə böyük ziyan vurur.
İlk dəfə hüquqşünas kimi işlədiyim və əmək fəaliyyətinə başladığı müəssisə - İstehsalat Birliyinin tərkibində idi. İstehsalat Birliyində 30 müəssisə fəaliyyət göstərirdi. İdarə rəisi hər dəfə mənə: müəssisənin təsərrüfat fəaliyyəti ilə əlaqədar istənilən, xüsusən də Bilikdə olan müəssisələr arasında bağlanan Müqavilələrə ciddi yanaşmağı, müəssisənin zərərinə hər hansı bir maddənin olmamasını tapşırırdı. Tez-tez də xatırladırdı ki, Müqavilə yaxşı gün üçün deyil, pis günlər üçün və ya tərəflər arasında mübahisə yarandığı günlər üçün bağlanılır.
Hesab edirəm ki, onun bu mövqeyi və ya prinsipi işçilərə də aiddir: Əmək müqaviləsi və ya mülki hüquqi müqavilə bağlayarkən nə qədər çətin vəmürəkkəb olsada müqavilədə:
Müqavilə müddətləri, əmək haqqı və onlara əlavələr, müqaviləyə xitam verilmə qaydaları, razılaşdırılmış şərtlər, öhdəliklər, məzuniyyət hüququ, əmək xəsarətilə əlaqədar yazdığınız ərizələr,izahatlar və sair digər sənədləşmələr yaxşı gün üçün deyil,mübahisə yarandığı gün üçün, çətin və ya daha çox mübahisə olunan günlər üçün bağlanılır.
Bu sənədləşmələr və ya vəzifə və öhdəliklər sizin gələcək əmək fəaliyyətinizi müəyyən edir, işləmək və ailənizi dolandırmaq üçün yollar açır və ya sizə gələcək üçün bir çox problemlər yarada bilər. Məsələn, müddətli əmək müqaviləsinin bağlanması, bu halda heç bir hüquqi problem yaratmadan sizinlə bağlanmış Əmək müqaviləsinin ləğvi ilə nəticələnə bilər.
Hal hazırda da belə hallar olduqca coxdur: Müddətli əmək müqaviləsi bağlamış, iş vaxtı əmək xəsarəti almış və aldadılaraq bədbəxt hadisənin işdə deyil, evdə olması barədə düzgün olmayan izahatlar yazmış, pensiya yaşına çatdıqda onunla bağlanmış müddəti Əmək müqaviləsinin ləğv edilməsi barədə razılaşmalara imza etmiş işçilər və sair.
Bu halda ən yaxşı yol və ya variantlardan biri də ən azından bu sənədləşmələrlə əlaqədar bu sahəni bilən hüquqşünas, vəkil və digər mütəxəssislərdən məsləhət almaqdı.
Fikirləşirəm ki, işçiyə ən böyük ziyanı, elə işçinin özü vurur. Bunun üçün nə qədər çətin əmək şəraiti və əsaslı bəhanələr olsa belə.
Azer Quliyev
TEREF