"Avant Group" rəhbəri Əli Hüseynovun tapşırığı ilə ağaclar kəsildi - Baş Prokurorluq araşdırma aparacaq
29-03-2025, 09:18
Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
TEREF xəbər verir ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndəriləcək.
Qeyd edək ki, “Avant Group” inşaat, daşınmaz əmlak layihələrinin inşası və istehsal sahələri üzrə regionda aparıcı şirkətlərdən biridir. Şirkətin Direktorlar Şurasının sədri Əli Hüseynovdur. Xalq.az