QAN YADDAŞI : 31 mart 1918-ci ildə, Bakı şəhərində qətl edilən 30 mindən çox dinc sakinlər

31-03-2025, 08:14           
QAN YADDAŞI : 31 mart 1918-ci ildə, Bakı şəhərində qətl edilən 30 mindən çox dinc sakinlər
31 mart 1918-ci ildə, Bakı şəhərində qətl edilən 30 mindən çox dinc sakinlərdən bir hissəsinin, indiki Şəhidlər Xiyabanı ərazisinə kütləvi atılan cəsədləri
O zaman bu qədər insanı dəfn etmək mümkün olmadığı üçün qətl edilənlərin cəsədlərini gətirib məzarlar qazılaraq burda basdırıblar.
1930-cu ildə isə Kirovun adını daşıyan parkın məhz bu ərazidə günahsız insanların məzarları üzərində salınması rusların tarixi silməsinə xidmət edirdi. Yüzlərlə qəbirlər köçürüldü , digərləri üzərində isə sadəcə daşlar salınaraq yola çevrildi.
Skamyalar quraşdırıldı, parkın ərazisində Sergey Kirovun abidəsi qoyulmuşdur və "Xalqların dostluğu" restoranı tikilmişdir.
Parkda açıq teatr, kafe, oxu zalı mövcud idi. Daha sonra bu ərazidə Bakı funikulyoru, Gülüstan Sarayı tikilir.
60 il insanlar 31 martda qətl edilənlərin məzarları üzərində əylənir, dincəlir və yeyib içirdilər.
Zaman 1990-cı il, 20 yanvar günü yenə ruslar və ermənilər tərəfindən qətl edilən dinc insanların cəsədləri burda dəfn edilir.
31 mart 1918 ci ildə Azərbaycan üçün şəhid olanlar 20 yanvar 1990 cı ildə vətən üçün şəhid olanlarla birgə məzarı paylaşırlar və bu gün ora bizim And yerimiz olub
Ruhunuza fatihə şəhidlər
Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.