PUTİNİN KADIROVLA YOLLARI AYIRIR
30-03-2025, 09:04

Ramzan Kadırovla Vladimir Putin arasında münasibətlər pisləşib. Bu barədə Şimali Qafqaz üzrə ixtisaslaşmış keçmiş FTX zabiti «Важные истории» nəşrinə danışıb və onun hazırda xidmətdə olan həmkarı da bunu təsdiqləyib. Bu məlumatı «Важные истории» nəşrinin söhbət etdiyi şimali qafqazlı jurnalist və hüquq müdafiəçiləri də təsdiqləyiblər.
Verilən xəbərlərə görə, Kadırovun Putinlə fikir ayrılığının əsas səbəbi Çeçenistan liderinin Yaxın Şərqdəki müsəlman monarxiyalarının nümayəndələri ilə aktivlərinin gələcəyi və ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı getdikcə daha tez-tez və razılaşdırılmamış danışıqlar aparması barədə FTX-dan gələn məlumat olub.
Danışmaqda çətinlik çəkdiyinə görə, ehtimal olunur ki, onun xəstəliyi irəliləyir. Kadırov getdikcə pisləşən vəziyyətini mediada görünməklə gizlətməyə çalışsa da, son aylar o, ictimaiyyətin gözündən getdikcə daha tez-tez uzun müddət ərzində itir. Yanvar və fevral aylarında Çeçenistan Respublikasının başçısı uzun müddət kameralar qarşısına çıxmayıb, sonradan bunu məzuniyyətdə olduğu ilə əsaslandırmağa çalışıb. O, itkin düşməsi ilə bağlı vəziyyəti belə şərh edib: “Mənin adıma yazılmayan heç bir xəstəlik yoxdur”. O vaxtdan bəri Kadırov heç bir səs-küylü açıqlamalar verməyib və yalnız respublikada “yoxlamaları”nın videoları nümayiş etdirilib. Belə materiallar isə adətən, əvvəlcədən lentə alınmış olur.
Çeçenistan lideri öz bölgəsində hakimiyyətin necə qurulduğunu və getsə, ailə üzvlərini nə gözlədiyini yaxşı başa düşür. O, federal mərkəzdən verilən vədlərin və təhlükəsizlik zəmanətlərinin dəyərini də bilir. Çoxsaylı qohumlarının gələcəyi ilə bağlı qeyri-müəyyənlik Kadırovu çoxdan dostluq münasibətləri saxladığı Yaxın Şərq müsəlman ölkələrində onlar üçün zəmanət axtarmağa məcbur edib. «Важныe истории» nəşrinin mənbələrinə görə, Çeçenistan lideri bu danışıqları Kremldən gizlətməyə çalışıb, FTX dərhal bundan xəbər tutub və Putinə məlumat verib.
Məsələnin başqa tərəfləri də maraqlıdır. Bu yaxınlarda Kadırov böyük övladı 26 yaşlı qızı Ayşatı dövlət vəzifələrindən uzaqlaşdırıb. 2020-ci ildən bütün uşaqlar arasında atasına ən yaxın olan Ayşat Çeçenistanın mədəniyyət nazirinin birinci müavini təyin olunmuşdu, daha sonra nazirliyə rəhbərlik etdi, 2023-cü ildə isə respublikanın baş nazirinin müavini oldu. “Verstka” nəşri xəbər verir ki, Kadırovun Kremllə münasibətləri pisləşdiyindən, Ayşat vəzifəsini tərk edərək Çeçenistanın ən böyük ixracatçısı olan “Çeçen Mineral Suları” şirkətinin sahibi olub. Bundan əvvəl də şirkət əvvəlcə Axmat Kadırov Fondu vasitəsilə, sonra isə iki nominal sahib vasitəsilə Kadırovlar ailəsinə məxsus idi. Martın sonunda Ayşat Kadırovanın və Çeçenistan liderinin kiçik qızı Təbarikin adları hüquqi şəxslərin reyestrindən gizlədilib.
Kremllə fikir ayrılığı Kadırovun ən yaxın müttəfiqi, Dövlət Dumasının deputatı Adam Delimxanova da təsir edib. 2025-ci ilin əvvəlindən Adam Delimxanov hansı məbləğin təklif edilməsindən asılı olmayaraq, hər hansı haqq-hesab çürütmə əməliyyatlarında iştirakdan qəti şəkildə imtina edir. Delimxanov birbaşa müraciət edən şəxslərə bildirir ki, “ən yuxarıdan” sərt tapşırıqlar alınıb ki, Çeçenistan liderləri və təhlükəsizlik qüvvələri ümumiyyətlə, belə işlərə cəlb edilməməlidirlər.
Şimali Qafqaz regionunda çalışan, adının çəkilməsini istəməyən müstəqil jurnalist deyir ki, Kadırov və Delimxanov və Kreml arasında münaqişə Qafqazın insan haqları ictimaiyyətinə də məlum olub. “Niyso” çeçen hərəkatının nümayəndəsi Ansar Dişni «Важныe истории» nəşrinin nümayəndəsilə söhbətində deyib ki, “Adəm Delimxanova həqiqətən də, imkanlarının hüdudlarını başa salıblar”. Onun sözlərinə görə, Delimxanov hələ ki, Moskvada, Kadırovun paytaxtdakı nümayəndələrinin qərargahı kimi xidmət edən Bolşaya Yakimankada yerləşən “Prezident otelində” qalır. Hüquq müdafiəçiləri deyirlər ki, Kreml və FTX Delimxanovun son vaxtlar ölkə rəhbərliyinin razılığı olmadan cinayət sxemləri, o cümlədən reydlər və qəsblər təşkil etməsindən narazıdır. Dişni Delimxanovun komandasının konkret hansı hərəkətlərindən danışdığını açıqlamayıb.
/politfm.com
TEREF